Bakıda Avtobus

İlin sonuna kimi bütün avtobuslarda kart sistemi olacaq

52
(Yenilənib 18:44 22.01.2019)
Avtobus sürücülərinin özləri də kartla təmin ediləcək

BAKI, 22 yanvar — Sputnik. 2019-cu ilin sonunadək bütün avtobusların "BakıKart" sisteminə inteqrasiyası yekunlaşacaq.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.

V.Kərimli qeyd edib ki, bununla bağlı müvafiq tapşırıqlar verilib: "Həmçinin ilin sonuna kimi "Bakıkart" ödəmə kartının balansının onlayn artırılması, bir sərnişinin bir gündə "Bakıkart"dan nə qədər istifadə etdiyi bilinəcək.

Bundan başqa, avtobus sürücülərinin özləri də kartla təmin ediləcək. Bu çox çətin prosesdir. Hazırda bununla bağlı bir şirkətlə danışıqlar aparılır. Razılıq əldə ediləndən sonra bu sistemin tətbiqinə başlanacaq və ilin sonuna qədər yekunlaşacaq".

52