Virusdan ölənlərin dəfni

Yüz iyirmi dörd nəfər xəstəlikdən dünyasını dəyişdi

82
(Yenilənib 18:46 21.01.2019)
Argentinada daha bir nəfər dəhşətli virusdan dünyasını dəyişdi

BAKI, 21 yanvar — Sputnik. Argentinada geniş yayılan hantavirusla əlaqədar olaraq bir nəfər də dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu il ərzində artıq 13 şəxs adıçəkilən virusdan ölüb. Qeyd edək ki, 2018-ci ilin təkcə dekabrında 10 nəfər bu xəstəliyə yoluxaraq dünyasını dəyişmişdi.

Xatırladaq ki, ümumilikdə isə 2013-cü ildən etibarən 124 nəfər hantavirusdan dünyasını dəyişib.

 

82