Hazırda Bakıda müşahidə edilən duman

Mövcud hava şəraiti ilə əlaqədar vətəndaşlara xəbərdarlıq olunur

65
(Yenilənib 13:48 21.01.2019)
Sürücülərə ara məsafəsini saxlamaq, uyğun sürət həddi seçmək məsləhət görülür

BAKI, 21 yanvar — Sputnik. "Hava şəraitini nəzərə almaqla sürücülərə, eləcə də digər yol-hərəkət iştirakçılarına yol qəzaları və bu kimi müxtəlif xoşagəlməz hadisələrin qarşısının alınması məqsədi ilə diqqətli olmalarını, avtomobillərin texniki vəziyyətinə nəzarət etmələrini tövsiyə edirik".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib. O bildrib ki, yola çıxmazdan öncə avtomobilin şüşələrinin təmiz olmasına, xarici işıq cihazlarının işlək olmasına diqqət yetirilməlidir.

"Mühərrikin soyuducu sistemi, şüşələrin donmasının qarısını almaq üçün təchiz olunmuş mexanizmlər işlək vəziyyətdə olmalıdır" – deyə R.Quliyev əlavə edib.

BDYPİ rəsmisi tək Bakıda deyil, digər şəhər və regionlarda da hərəkət zamanı diqqətli olmağı tövsiyə edib: "Ara məsafəsini saxlamaq, uyğun sürət həddi seçmək məsləhət görülür".

Müsahibimiz, xoşbəxtlikdən hazırda mövcud hava şəraiti ilə əlaqədar yol-nəqliyyat hadisəsinin baş vermədiyini vurğulayıb.

65
Teqlər:
ehtiyat, yol, sürücü, DYP, hava şəraiti
Əlaqədar
Bakıda niyə göz-gözü görmür - Rəsmi açıqlama
Güclü külək gözlənilir