Bakı səmasında Günəş ətrafında nəhəng dairə müşahidə olunub

Bakıda Günəş ətrafında nəhəng dairə müşahidə olunub FOTO

277
(Yenilənib 17:53 19.01.2019)
Yanvar ayının 18-də, təxminən, saat 22.00-da Şirvan şəhərində də bu təbiət hadisəsi müşahidə olunub

BAKI, 19 yanvar — Sputnik. Bakı səmasında Günəşin ətrafında nəhəng dairə müşahidə olunub.

Sputnik Azərbaycan-ın “Report”a istinadən xəbərinə görə, bu hal bir neçə dəqiqə davam edib.

Dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir.

Bakı səmasında Günəş ətrafında nəhəng dairə müşahidə olunub
Bakı səmasında Günəş ətrafında nəhəng dairə müşahidə olunub

Qeyd edək ki, Halo adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən yerdən 5-10 km hündürlükdə, Traposferin yuxarı qatlarında lələkvari buludlardakı buz kristallarından əmələ gəlir.

Xatırladaq ki, yanvar ayının 18-də, təxminən, saat 22.00-da Şirvan şəhərində bu təbiət hadisəsi müşahidə olunub.

277