BAKI, 18 yanvar — Sputnik. Ötən gün yanvarın 16-sı ilə müqayisədə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) istehsal və ixracı artıb. Bu haqda "Azərenerji" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, güclü küləyin olmasına baxmayaraq "Azərenerji" ASC-nin balans mənsubiyyətində olan elkektrik stansiyaları, yarımstansiyalarda açılma və qəza halı baş verməyib.
"Yanvar ayının 16-da 70.2 milyon kvts elektrik enerjisi istehsal edilibsə, yanvarın 17-də 71.3 milyon kvts və ya 1.1 milyon kvts artıq elektrik enerjisi istehsal edilib. Eyni zamanda, yanvarın 16-da qonşu ölkələrə 7.5 milyon kvts elektrik enerjisi ötürüldüyü halda, yanvarın 17-də 7.8 milyon kvts elektik enerjisi ixrac edilib" – deyə verilən məlumatda vurğulanıb.
Xatırladaq ki, Azərbaycanda yanvarın 17-18-i tarixləri üçün ifrat təhlükəli hava şəraiti xəbərdarlığı edilib.
BAKI, 18 yanvar - Sputnik. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
BAKI, 18 yanvar — Sputnik. Dünya mənəvi fəlakətin astanasındadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qurumun İcraçı Komitəsində çıxışında bildirib.
"Mən açıq deyəcəyəm: Dünya fəlakətli mənəvi bir səhvin astanasındadır - bu səhvin qiyməti insan həyatı olacaq və dünyanın ən kasıb ölkələrində yaşamaq imkanı olmayacaq", - deyə ÜST rəhbəri qeyd edib.
O vurğulayıb ki, 49 inkişaf etmiş ölkənin vətəndaşları artıq 39 milyon doza vaksini alıb. Eyni zamanda ən kasıb ölkələrdən birində isə cəm 25 peyvəndləmə həyata keçirilir.
Qebreyesus qeyd edib ki, müxtəlif ölkələrdən insanların vaksinə bərabər çıxışını təmin etmək planları təhdid altındadır.
LIVE: @DrTedros' opening remarks at the #EB148. https://t.co/9HyDVXgyUT
— World Health Organization (WHO) (@WHO) January 18, 2021
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 milyonu keçib, 2 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.