Azərbaycan xarici işlər nazirliyi

Azərbaycanla İndoneziya arasında siyasi dialoq keçirilib

13
(Yenilənib 13:45 18.01.2019)
Ölkələr arasında mədəniyyət, təhsil, ticarət, iqtisadiyyat və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında müzakirələr aprarılıb

BAKI, 18 yanvar — Sputnik. Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov İndoneziya Xarici İşlər Nazirliyinin Siyasət Təhlil və İnkişaf Agentliyinin (PADA) baş direktoru Sisvo Pramononun (Siswo Pramono) başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

R.Həsənov Azərbaycan və İndoneziya arasında siyasi münasibətlərin cari vəziyyətindən məmnunluğunu ifadə edib. Nazir müavini SOCAR-ın İndoneziyadakı fəaliyyətini yüksək qiymətləndirərək, iki ölkənin mövcud potensialını nəzərə alaraq, iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Bu xüsusda, nazir müavini R.Həsənov müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. 

Xarici İşlər Nazirliyində İndoneziya nümayəndə heyəti ilə görüş
© AR XİN-in mətbuat xidməti.
Xarici İşlər Nazirliyində İndoneziya nümayəndə heyəti ilə görüş

İndoneziya Xarici İşlər Nazirliyinin Siyasət Təhlil və İnkişaf Agentliyinin (PADA) baş direktoru Sisvo Pramono iki ölkə arasında siyasi sahədə mövcud olan münasibətlərdən razılığını ifadə edərək, ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Qarşı tərəf İndoneziyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və Ermənistan-Azərbaycan münaqişəsinin məhz bu əsasda həll olunmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, həmçinin Azərbaycan və İndoneziya arasında mədəniyyət, təhsil, ticarət, iqtisadiyyat və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi ətrafında müzakirələr aprarılıb.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan-İndoneziya siyasi planlaşdırma dialoqu keçirilib. Dialoq zamanı Azərbaycan və İndoneziyanın xarici siyasət prioritetləri, iki ölkə arasında əməkdaşlıq münasibətləri, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı, həmçinin siyasi planlaşdırma və iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdən keçirilib.

13
Teqlər:
Azərbaycan, İndoneziya, dialoq, Xarici İşlər Nazirliyi
Əlaqədar
Səfirlər Rusiya XİN-ə çağırıldı
Azərbaycan XİN-i ittihama cavab verdi
XİN yeni sunami təhlükəsi barədə xəbərdarlıq edib
Azərbaycan və Ermənistan XİN rəhbərlərinə görüş təklif edilib