CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ötən gecə Xəzərdə qasırğanın şiddəti 144 km/saat olub

© REUTERS / Eloy Alonsoİspaniyada qasırğa
İspaniyada qasırğa - Sputnik Azərbaycan
Abunə olmaq
Təxliyə edilmiş neftçilər günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaqlar

BAKI, 18 yanvar — Sputnik. Hava şəraiti ilə əlaqədar olaraq təxliyə olunan neftçilər günün ikinci yarısında özüllərə qayıdacaq. Bu barədə Sputnik Azərbaycan-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

"Dəniz özüllərimizdə vəziyyət stabildir. Hava şəraiti tədricən normallaşır. Daha əvvəl təxliyə edilmiş həmkarlar günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaq və fəaliyyətlərini adi qaydada davam etdirəcəklər" - deyə məlumatda bildirilir.

"Ötən gecə dəniz özüllərimizdə qasırğanın şiddəti 144 km/saat (40 m/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub" - SOCAR-dan əlavə olunub.

Xatırladaq ki, yanvarın 17-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib, istehsalatda qəzaların baş verməməsi üçün növbədə qalması zəruri olan işçilərdən başqa bütün əməkdaşlar təxliyə edilib.

Девятиметровые волны на Каспии  - Sputnik Azərbaycan
VİDEO
Nəhəng dalğalar – Xəzərdə fırtına kadrları

Qeyd edilib ki, hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumilikdə 1700-dən çox neftçinin sahilə çıxarılıb: "Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub".

"Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir" - məlumatda vurğulanıb.

Bildirək ki, Azərbaycanda 17-18 yanvar tarixlərində ifrat təhlükəli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Bu iki gündə məktəb və bağçalar işləmir.

Xəbər lenti
0