“Fransada insan hüquqlarına dair ictimai dinləmələr” mövzusunda tədbir keçirilib

“Fransada insan hüquqlarına dair ictimai dinləmələr”in iştirakçıları bəyanat qəbul edib

275
(Yenilənib 16:18 17.01.2019)
QHT-lər Fransa XİN-nin bəyanatına etiraz əlaməti olaraq qəbul etdikləri sənədi bu ölkənin Azərbaycandakı səfirliyinə təqdim ediblər

BAKI, 17 yanvar - Sputnik. Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi, Beynəlxalq Dialoq və İnkişaf Alyansı və İctimai-siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə “Fransada insan hüquqlarına dair ictimai dinləmələr” mövzusunda tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, dinləmələrdə ölkə ictimaiyyətinin aparıcı üzvləri, QHT üzvləri, Azərbaycanda akkreditasiyada olan diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak ediblər. İştirakçılar Azərbaycan hökumətinə qarşı bu kimi addımları pisləyiblər.

“Fransada insan hüquqlarına dair ictimai dinləmələr” mövzusunda tədbir keçirilib
© Sputnik / Eldar Tanryverdiyev
“Fransada insan hüquqlarına dair ictimai dinləmələr” mövzusunda tədbir keçirilib

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev bildirib ki, Cənubi Qafqazda əsas tərəfdaşı olan Azərbaycana qarşı Fransanın belə bir mövqe tutması onun ermənipərəst siyasətinin göstəricisidir: “Qərb dairələri, xüsusilə də Azərbaycanın üzv olduğu təşkilatlar Fransada baş vermiş olayları bir kənara qoyaraq Azərbaycanda sanki insan haqlarının və hüquqlarının qorunmadığını göstərməyə çalışır. Fransa XİN-in Azərbaycanda insan haqlarının durumuna dair verdiyi son bəyanat nümayəndəliyimizin narahatlığına səbəb olub”.

“Biz bu dinləmələri keçirməklə məsələlərlə bağlı iradlarımızı Fransanın ali idarə orqanlarına çatdırmaq niyyətindəyik. Onları erməni diasporunun əsirinə çevrilməkdən yayınmağa çağırırıq. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində onların neytral mövqe tutmağa çağırırıq” – İ.Ağayev qeyd edib.

Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova deyib ki, son günlər Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən bəyanat Azərbaycanın ictimaiyyətində ciddi narahatlıq doğurur. Eyni zamanda beynəlxalq ictimaiyyəti çaşdırır.

“Fransada insan hüquqlarına dair ictimai dinləmələr” mövzusunda tədbir keçirilib
© Sputnik / Eldar Tanryverdiyev
“Fransada insan hüquqlarına dair ictimai dinləmələr” mövzusunda tədbir keçirilib

“Fransa uzun müddətidir ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər. Biz Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən bəyanatın əsassız olduğunu bildirir və Azərbaycan dövlətinə qarşı bu kimi addımları pisləyir, dünya ictimaiyyətini bu kimi yanlış təxribatlara inanmamağa çağırırıq”.

Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyinin müdir müavini Elçin Axundzadə isə çıxışı zamanı bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin sayəsində Azərbaycan balanslı xarici siyasət həyata keçirir. Bu xarici siyasəti Azərbaycan prezidenti İlham Əliyev də uğurla davam etdirir. Lakin çox təəssüflər olsun ki, bəzi ölkələr bizim bu siyasətimizi lazımınca dəyərləndirmir.

“Fransa güclü, hər şeyə qadir ölkədir. Lakin bu onu beynəlxalq normalara riayət etməkdən, insan haqların və hüquqlarına qorunmasından azad etmir. Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və o neytrallığı qorumalıdır. Fransa prezidenti Emmanuel Makron Ermənistana səfər edir. Ancaq Azərbaycan tərəfinin onu rəsmi səfərə dəvət etməsinə baxmayaraq, hələ də bizim ölkəyə gəlməyib” – deyə E.Axundzadə qeyd edib.

“Fransada insan hüquqlarına dair ictimai dinləmələr” mövzusunda tədbir keçirilib
© Sputnik / Eldar Tanryverdiyev
“Fransada insan hüquqlarına dair ictimai dinləmələr” mövzusunda tədbir keçirilib

O vurğulayıb ki, beynəlxalq hüququ normaları və Fransanın Azərbaycanın ərazi bütövlüyünə tanımasına baxmayaraq, Fransa parlamentinin üzvləri Azərbaycanın işğal altında olan torpaqlarına səfər edir. Fransa hökumət səviyyəsində bunun qarşısını almır, sözdə başqa, əməldə isə başqa cür davranır.

E.Axundzadə BMT tərəfindən Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən dərhal və qeyri-şərtsiz çıxarılmasına dair qəbul etdiyi 4 qətnamədi də diqqətə çatdırıb: “Fransa niyə o qətnamələrin həyata keçirilməsini Ermənistandan tələb etmir? Krım, Donbasda baş verənlərlə bağlı Rusiyaya qarşı sanksiyalar tətbiq olunub. Hesab edirəm ki, bu sanksiyaların böyük əksəriyyətinin əsası yoxdur və hələlik onlara dair ictimaiyyətə heç bir sübut təqdim edilməyib. Fransa nəyəsə görə bu sanksiyaları Ermənistana tətbiq etmir? Sual olunur niyə?”

“Fransada baş verənləri hamımız yaxşı bilirik. “Sarı jiletlilər” aksiyasının iştirakçıları öz sosial rifahının yaxşılaşdırılmasına istəyirlər. Lakin nə baş verir? Fransada dinc nümayişçilər, öz vəzifə borcunu həyata keçirən jurnalistlər həbs olunurlar. Biz də Fransa hökumətindən həbs olunan siyasi məhbusların, jurnalistlərin azad olunmasını tələb edirik” – deyə o vurğulayıb.

Sonda “Fransada insan hüquqlarına dair ictimai dinləmələr”in iştirakçıları bəyanat qəbul ediblər. QHT-lər Fransa XİN-nin bəyanatına etiraz əlaməti olaraq qəbul etdikləri sənədi bu ölkənin Azərbaycandakı səfirliyinə təqdim ediblər.

275
Teqlər:
Fransa
Əlaqədar
Fransa polisindən həyəcan siqnalı: Kimsə evdən çıxmasın
Fransa paytaxtına zirehli texnika yeridildi
Azərbaycanlı turistlər Fransa səyahətini boykot ediblər
Fransa yenidən silkələnir