Külək, arxiv şəkli

Qərargahdan hava şəraiti ilə bağlı verilmiş son məlumat

79
(Yenilənib 10:18 17.01.2019)
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib

BAKI, 17 yanvar — Sputnik. "17 yanvar saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yaradılan Qərərgahdan məlumat verib.

Məlumata görə, dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.

79
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, külək, hava
Əlaqədar
ETSN xəbərdarlıq edir
ETSN xəbərdarlıq edir
ETSN-dən təhlükəli hava xəbərdarlığı
ETSN hava ilə bağlı xəbərdarlıq edir
COVID-19 virusundan ölən şəxs

Bu aralar QİÇS-dən ölənlərin sayı kəskin arta bilər

2
(Yenilənib 00:13 03.12.2020)
BMT xəbərdarlıq edib ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq QİÇS-dən ölənlərin sayı 150 minə qədər artıra bilər.

BAKI, 3 dekabr — Sputnik. BMT-nin QİÇS-lə bağlı ortaq proqramı olan UNAİDS-in hesabatına görə, COVID-19 pandemiyası 2022-ci ilədək, yəni təkcə növbəti ildə 300 minə yaxın yeni QİÇS yoluxmasına, eyni zamanda da 150 minədək QİÇS-dən ölümə səbəb olacaq.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, yaranacaq vəziyyətin qarşısının alınması, ölümlərin sayının azalması, eləcə də QİÇS-lə mübarizə məsələsində ölkələr yeni hədəflər müəyyənləşdirməlidirlər.

Qeyd edək ki, hazırda dünyada 38 milyon insan QİÇS-lə yaşayır, onlardan 12 milyonu müalicəsini gözləyir. Statistikaya görə, təkcə ötən il 1,7 milyon şəxsdə ilk dəfə olaraq QİÇS aşkarlanıb.

2
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, QİÇS virusu, QİÇS, BMT
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

6
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

6