Azərenerji ASC-nin baş ofisi

Havanın kəskin dəyişməsi ilə əlaqədar daha bir qurum gücləndirilmiş rejimə keçir

193
(Yenilənib 13:44 16.01.2019)
Əmr imzalanıb: Həmin gün bütün işçilər iş yerlərində olmalıdır

BAKI, 16 yanvar — Sputnik. Hava şəraitinin ifrat təhlükəli surətdə dəyişəcəyi ilə bağlı xəbərdarlığa görə "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (ASC) xüsusi rejimdə işləyəcək. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xəbərdarlıqla əlaqədar bütün müəssisələr gücləndirilmiş xüsusi iş rejiminə keçəcək.

Səhmdar Cəmiyyətin rəhbərliyi tərəfindən bununla əlaqədar olaraq müvafiq əmr verilib. Əmrə əsasən, 17-18 yanvar tarixlərində qəza hallarının baş verməməsi, yarana biləcək qəzanın operativ şəkildə aradan qaldırılması üçün elektrik şəbəkələrində, stansiyalarında və sistem əhəmiyyətli yarımstansiyalarda bütün işçilər iş yerlərində olmalıdır.

193
Teqlər:
"Azərenerji" ASC, iş rejimi, hava şəraiti
Əlaqədar
Hava şəraiti ilə əlaqədar iki minədək neftçi təxliyə ediləcək
İfrat təhlükəli hava şəraiti gözlənilir: Xüsusi qərargah yaradılıb
Sabah hava şəraiti ilə bağlı uşaqların bağçaya aparılmaması tövsiyə edilir - RƏSMİ