Sənədin imzalanması

Aqrar Xidmətlər Agentliyinə sədr təyin edilib

184
(Yenilənib 10:37 16.01.2019)
Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir

BAKI, 16 yanvar — Sputnik. Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinin icrası Seymur Mövlayevə həvalə edilib. Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Seymur Mövlayev buna qədər "Aqrolizinq" ASC-nin sədri vəzifəsində, daha əvvəl isə 3 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin direktoru vəzifəsində çalışıb. 

Seymur Mövlayev
Seymur Mövlayev

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 14-də Aqrar Xidmətlər Agentliyinin yaradılmasına dair Fərman imzalayıb. Fərmana əsasən, yeni Agentlik Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti, kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.

Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.

"Aqrolizinq" ASC-nin sədri vəzifəsini qurumun sədr müavini Elmin Rəhmanov icra edəcək.

184
Teqlər:
sədr, Aqrar Xidmətlər Agentliyi, aqrar
Əlaqədar
Azərbaycanda məşhur bankın rəhbəri dəyişir: İlk dəfə azərbaycanlı sədr olacaq
DSMF-də ciddi dəyişikliklər: 5 rayon şöbəsinə yeni sədr təyin edilib
MSK-nın sədr müavini işdən çıxdı
Beynəlxalq Bankda yeni sədr və sədr müavini