Владимир Путин, фото из архива

Kreml Putini ən çox narahat edən məsələni açıqladı

179
(Yenilənib 16:27 15.01.2019)
Xarici siyasətdə daha önəmli məsələlər isə Suriya münaqişəsi, Ukrayna və ABŞ-la münasibətlərdir.

BAKI, 15 yanvar — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünyada baş verən hansı hadisənin Vladimir Putini daha çox narahat etdiyini açıqlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Peskov "Arqumenti i faktı" nəşrinə müsahibəsində açıqlama verib.

Onun sözlərinə görə, Putini daha çox ölkə daxilində baş verənlər narahat edir: "Nə də olsa, prezidenti hər şeydən əvvəl ölkədə baş verənlər narahat edir. Bu, həmişə belə olur".

Peskov əlavə edib ki, xarici siyasətdə daha önəmli məsələlər Suriya münaqişəsi, Ukrayna və ABŞ-la münasibətlərimizdir.

179
Эксперт в области образования Кямран Асадов

Ekspert: "Azərbaycan təhsili 28 ildir müharibənin ağrısını hiss edirdi"

0
(Yenilənib 09:59 20.10.2020)
Təhsil eksperti Kamran Əsədov deyir ki, ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb
Kamran Əsədov: “Torpaqlarımızın azad edilməsi təhsilimizə müsbət təsir göstərəcək”

Sentyabrın 27-dən başlayan düşmən hücumları nəticəsində 40-a yaxın məktəb dağıntılara məruz qalıb. Bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın brifinqində deyib.

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan təhsili 28 ildir müharibənin təsirini, ağrısını hiss edirdi:

“Cəbhəyanı ərazilərimizdəki təhsil müəssisələri mütəmadi olaraq düşmənin hədəfinə çevrilirdi. Hazırda ordumuzun keçirdiyi əks-hücum əməliyyatları düşmən tərəfini daha da azğınlaşdırıb. Onlar yenə də məktəbləri, sivil yaşayış məntəqlərini mütəmadi atəşə tuturlar. Ordumuzun torpaqları işğaldan azad etməsi Azərbaycan təhsilinə psixoloji olaraq müsbət təsir göstərəcək”.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ekspert: “Yeni təhsil ili kirayə mənzil bazarında aktivlik yaratmayıb”
Nazirdən sabah ad günü olacaq Nigarla bağlı paylaşım
Gəncədə orta məktəb ciddi dağıntılara məruz qalıb - Nazirlik
Nazir icazə verdi: Repetitorlar fəaliyyətlərini davam etdirə bilərlər
Müharibəyə gedən tələbələrin aqibəti necə olacaq? Nazir açıqladı
BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağı qapalı şəkildə müzakirə edib - Nəticə...

154
Rusiyalı diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.

BAKI, 20 oktyabr - Sputnik. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib. Rusiya mətbuatı xəbər verir ki, vu barədə jurnalistlərə Dağlıq Qarabağa dair qapalı iclasın yekunlarından danışan Təhlükəsizlik Şurasında bu ay sədrlik edən RF-nın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya məlumat verib.

"İndi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, bu ən vacib məsələdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb. Əsas ona əməl olunmasını necə təmin etməkdir" - o bildirib.

"Bu məsələ əlbəttə ki, müzakirə  olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib", - Nebenzya sözünə davam edib. Eyni zamanda o deyib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var.

"Bu tez həyata keçən proses deyil" - diplomat vurğulayıb. "Belə bir məlumatlar var idi ki, Rusiya Müdafiə naziri Azərbaycan və Ermənistandan olan həmkarları ilə bu nəzarətin necə həyata keçirilə bulməsini müzakirə edib" - Nebenzya əlavə edib.

Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur. "Orada kim olacaq və hansı statusda hələ müzakirə mərhələsində olan sualdır", - o deyib.

154
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə