Xəbərdarlıq: İki gün işıq olmayacaq

© pixabay / PavlofoxЧеловек зажигает свечу в темноте, фото из архива
Человек зажигает свечу в темноте, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

BAKI, 14 yanvar — Sputnik. Bakı və Abşeron yarımadasının bəzi qəsəbələrdə 2 gün ərzində elektrik enerjisinin verilişində qısamüddətli fasiələlər yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən (ASC) məlumat verilib.

Qeyd olunub ki, bağlar Enerji Təminatı və Satışı İdarəsinin xidmət ərazisində yerləşən 110/35/6 kV-luq 136 saylı y/st-ya gələn 110 kV-luq EVX-də yenidənqurma işləri aparılır. Bununla əlaqədar olaraq 14-15 yanvar 2019-cu il tarixlərində Qurd Dərəsi, Sarıqaya, Fatmayı, Novxanı, Görədil bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

Xəbər lenti
0