Tapança və güllə, arxiv foto

Nardaran sakinindən silah götürülüb

14
(Yenilənib 11:58 14.01.2019)
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirili

BAKI, 14 yanvar — Sputnik. Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Sumqayıt, arxiv şəkli
© Sputnik / Murad Orujov

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə əvvəllər dəfələrlə məhkum olunmuş, Nardaran qəsəbəsi sakini Həbib Qasımovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.

Onu yaşadığı evin həyətyanı sahəyə baxış zamanı, torpağa basdırılmış "Makarov" markalı tapança, 7 ədəd patron və 1 ədəd sandıqça aşkar olunaraq götürülüb. H.Qasımov həmin silah-sursatın ona məxsus olduğunu etiraf edərək, tapançanı 10 il əvvəl dəniz kənarından tapdığını və həmin vaxtdan torpağa basdıraraq gizlətdiyini billdirib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

14
Teqlər:
odlu silah, Nardaran, silah, Sabunçu Rayon Polis İdarəsi
Əlaqədar
Ermənistana silah satışı xəbəri təkzib olundu: "Azərbaycanla aramızı vurmağa çalışırlar"
Cəbhədə silah səsləri yenə də kəsilməyib
Sumqayıtda silah-sursat aşkarlanıb
Dünyanın ikinci ən böyük silah istehsalçısı məlum oldu