Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

Ötən il 85 nəfər vətəndaşlıq hüququnu itirib

132
(Yenilənib 15:00 11.01.2019)
19.210 (2017-cı ilin müvafiq dövründə 21.678) miqrasiya qanunvericiliyini pozub

BAKI, 11 yanvar — Sputnik. Dövlət Miqrasiya Xidmətində kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın 2018-ci ildə uğurla inkişaf etdiyini, bütün sahələrdə nailiyyətlərə imza atdığını bildirib.  

Sputnik Azərbaycan xəbər verir ki, V.Hüseynov  bildirib ki, son illərdə Azərbaycana səfər edən şəxslərin sayında dinamika davam edir: “740 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti qalma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı müraciətlər olunub. Həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 953 müraciət daxil olub".

Miqrasiya Xidmətinin rəisi onu da deyib ki, 19 noyabr 2018-ci il tarixində Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb: “30-a yaxın beynəlxalq müqavilə layihəsinin hazırlanaraq, gələcəkdə imzalanması üçün Xidmət tərəfindən iş aparılır. Bundan başqa, 2018-ci ildə Miqrasiya Xidmətinin fəaliyyət imkanları genişləndirilib. "Samur", "Astara", "Şıxlı" dövlət sərhədindən buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələri fəaliyyətə başlayıb".

Vüsal Hüseynov qeyd edib ki, biznes dairələrindən gələn təkliflər də nəzərə alınmaqla, Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün ölkəmizə gələn şəxslərin rahatlığının təmin edilməsi məqsədilə, "ASAN viza" sistemi vasitəsilə verilən elektron viza növləri sırasına əmək məqsədi üçün giriş vizası da daxil edilib. İş icazələrinə icazə prosesləri də çox şəffaf şəkildə keçirilib. Bu da sahibkarlar üçün önəmlidir. 

"Ötən il ərzində 2.845.697 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da keçən illə müqayisədə ölkəyə gələn əcnəbilərin sayında 6% artım olduğunu göstərir. Eyni zamanda hesabat dövründə 740.841 (2017-cı ilin müvafiq dövründə 749.732 ) əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82953 müraciət daxil olub. Hesabat dövründə 41.030 nəfərə müvəqqəti, 3220 nəfərə daimi yaşama, 6162 nəfərə iş icazəsi verilib” – deyə o qeyd edib.

Vüsal Hüseynov əlavə edib ki, 19.210 (2017-cı ilin müvafiq dövründə 21.678) miqrasiya qanunvericiliyini pozub. Bu da ötən ilə nisbətən 11 % azalma deməkdir: “Xarici ölkələrdən Azərbaycana 464 vətəndaşın readmissiyası həyata keçirilib. Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16% artım müşahidə olunub. Bu da onu göstərir ki, Azərbaycan da inkişaf etdiyi edir və qaçqınlar da bizdə sığınmaq istəyir. Hazırda bu şəxslərin sayı 78 nəfərdir (47 nəfər ərizəçi 31 nəfər ailə üzvü ilə birlikdə)”.

Miqrasiya Xidmətinin rəhbəri onu da vurğulayıb ki, ötən il 85 nəfər Azərbaycan vətəndaşı vətəndaşlıq hüququnu itirib. Vətəndaşlığın itirilməsi ilə bağlı məsələyə məhkəmələr tərəfindən baxılır.

132
Teqlər:
Dövlət Miqrasiya Xidməti
Əlaqədar
Azərbaycanda miqrasiya ilə bağlı nə baş verir?
Dövlət Miqrasiya Xidməti jurnalistlərə hesabat verib
Dövlət Miqrasiya Xidmətinə axın: 10 mindən çox zəng gəlib
İl ərzində 4 mindən çox insan miqrasiya zamanı ölüb