Maykl Cekson

Maykl Ceksona qarşı itttihamla bağlı film nümayiş etdiriləcək

20
(Yenilənib 17:26 10.01.2019)
Qeyd edək ki, Yutada baş tutacaq film festivalında bu il 49 fərqli ölkədən 241 film nmayiş etdiriləcək.

BAKI, 10 yanvar — Sputnik. ABŞ-da keçiriləcək Sundance Film Festivalında pop musiqinin əfsanəsi hesab edilən Maykl Cekson haqqında təcavüz və istismar hadisələrindən bəhs edən bir film nümayiş ediləcək.

Sputnik Türkiyə xəbər verir ki, yanvarın 24-dən fevralın 3-nə qədər davam edəcək Sundance Film Festivalında siyahısında Dan Reedin rejissoru olduğu "Leaving Neverland" (Neverlandı tərk etmək) adlı filmin də yer alacağı bildirilib.

4 saatlıq film məşhur popçunun 7 və 10 yaşlarında iki oğlan uşağına təcavüz iddialarından bəhs edir.

Hazırda 30 yaşlarında olan uşaqlar filmdə Cekson tərəfindən təcavüzə uğradıqlarından danışır və illərlə bu hisslə necə yaşadıqlarını izah edirlər.

Maykl Ceksonun təmsilçiləri isə hadisəni Ceksondan pul qazanmaq üçün çirkin və qəddar addım adlandırıblar.

Film adını Ceksonun yaşadığı Neverland sarayından alıb. Cekson 1988-2003-cü illərdə Kaliforniyanın Santa Barbara şəhərindəki sarayda yaşayırdı.

Saraya 2003-cü ildə Ceksonun 13 yaşında uşağa təcavüz etməsi ittihamı polis basqını olmuşdu. Cekson 2005-ci ildə 14 ayrı ittihamla hakim qarşısına çıxıb bəraət almışdı.

Qeyd edək ki, Yutada baş tutacaq film festivalında bu il 49 fərqli ölkədən 241 film nümayiş etdiriləcək.

20