CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Donuz qripi" ilə bağlı son vəziyyət

© AFP 2023 / SAM PANTHAKY Hindistanda donuz qripi ilə mübarizə, arxiv şəkli
Hindistanda donuz qripi ilə mübarizə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Son məlumatlara görə, H1N1 virusundan 14 nəfər ölüb, onlarda xroniki xəstəlik olub

BAKI, 10 yanvar — Sputnik. ""Tamiflyu" preparatı qrip virusuna qarşı deyil, virusun yaratdığı fəsadların müalicə edilməsi üçündür". Sputnik Gürcüstan xəbər verir ki, bu barədə ölkənin tibb işçiləri xəbərdarlıq ediblər.

Aptekdə dərman rəfləri - Sputnik Azərbaycan
Qonşuda “donuz qripi”nə qarşı preparat çatışmır

Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Gamkrelidze bildirib ki, hazırda "Tamiflyu" preparatının çatışmazlığı müşahidə edilmir: "Son zamanlar xalq arasında preparatın çatışmadığı haqqında xəbərlər yayılır, əhalidə panika yaradılır. Apteklərdə termometr, tibbi maska və virusa qarşı "Tamiflyu" preparatı üçün növbələr müşahidə edilir. Ölkə əhalisi sosial şəbəkələrdə dərman qıtlığından şikayət edir. Hazırdkı dövrdə heç bir çatışmazlıq yoxdur. Bütün sağlamlıq mərkəzlərində preparat var"-deyə Kamkrelidze bildirib.

Hazırda Gürcüstanda əhalisinin hər 100 min nəfərindən 256 nəfəri virusa yoluxub. Son məlumatlara görə, H1N1 virusundan 14 nəfər ölüb, onlarda xroniki xəstəlik olub.

Ümümdünya Səhiyyə Təşkilatının Gürcüstam ofisinin rəhbəri Marian İvanuşa isə əhalini "Tamiflyu" preparataından ancaq həkim məsləhəti ilə istifadə etməyə çağırıb.

"Bu qripin yaratdığı fəsadların müalicəsi üçündür. Və fəsadlar yarandığı zaman qəbul edilir" – deyə İvanuşa bildirib.

Gürcüstan Səhiyyə Nazirliyi xəstəliyin epidemiya halını almaması üçün müvafiq tədbirlər görür. Məktəb və uşaq bağçalarında bir həftəlik tətil elan edilib. Bu müddət ərzində məktəblərdə dezinfeksiya işlər aparılacaq. Tətil bitdikdən sonra gündəlik sinif otaqları və uşaqların istifadə etdiyi stol və stullar müəyyən maddələrlə silinəcək.

Xəstəliyin artmasını nəzərə alaraq Tbilisidə 5 müəssisə çərşənbə axşamından etibarən gücləndirilmiş iş rejiminə keçib.

Ölkənin iki xəstəxanasında Mçxeta və Rustavi xəstəxanalarında karantin elan edilib.

Xəbər lenti
0