Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru

Ermənistan gözləmə vəziyyətindədir

29
(Yenilənib 14:00 09.01.2019)
Biz bu vəziyyətdən istifadə edərək həm diplomatik, həm də digər məqamlarda gücümüzü nümayiş etdirməliyik

BAKI, 9 yanvar - Sputnik. "Çoxları Ermənistanda Paşinyanın hakimiyyətə gəlməsini böyük inqilab kimi qələmə verirlər. Ancaq bu, doğru deyil". Bunu politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən "Cənubi Qafqaz" politoloqlar klubunun 60-cı iclasında çıxış edərkən deyib.

Politoloq bildirib ki, Ermənistan hakimiyyətinin çürük və zəif olması asanlıqla devrilməsinə imkan yaratdı: "Hazırkı Ermənistanın vəziyyəti heç də yaxşı deyil. Yeni hakimiyyət ölkənin xarici siyasətini formalaşdıra bilmir. Bu ölkə gözləmə vəziyyətindədir. Biz bu vəziyyətdən istifadə edərək həm diplomatik, həm də digər məqamlarda gücümüzü nümayiş etdirməliyik. Onu da qeyd edim ki, ötən ilin sonunda Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə qərarı diplomatik uğurumuz idi. Bundan sonra da biz diplomatik sahədə addımlarımızı davam etdirməliyik".

29
Teqlər:
"Cənubi Qafqaz" politoloqlar klubu, Nikol Paşinyan, Azərbaycan, Ermənistan, politoloq Fikrət Sadıxov
Əlaqədar
Ermənistan Polisinin rəis müavinin 3 milyonunu oğurladılar
Ermənistan silahlı bölmələrinin Ağdamı atəşə tutması nəticəsində dinc sakin yaralanıb
Ermənistan ordusu qeyri-döyüş şəraitində 7 əsgər itirib
Azərbaycan və Ermənistan XİN rəhbərlərinə görüş təklif edilib