Gürcüstanda azərbaycanlılar vurulub, ölən və yaralananlar var

© Sputnik / Alexander ImedashviliМашина скорой помощи в Грузии
Машина скорой помощи в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücü 4 -7 il müddəinə azadlıqdan məhrum edilə bilər

BAKI, 9 yanvar — Sputnik. Tbilisidə təcili tibbi yardım maşını Çavçavadze prospektində işçiləri vurub. Sputnik Gürcüstan "Rustavi2" telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində xəsarət alanların azərbaycanlılar olduğu bildirilir.

Qəza nəticəsində 12 nəfər yaralanıb, onlardan biri ölüb. Xəsarət alanlar arasında həm işçilər, həm də təcili tibbi yardımın personalı da var.

İlkin ehtimallara görə, sürücü sükan arxasında yatıb, maşın yolun hərəkət hissəsindən çıxaraq işçiləri vurub. İnsident işçilərin tikilən obyektin qarşısında toplaşdığı vaxt baş verib. Təcili tibbi yardım maşını xəstə aparırmış.

Faktla bağlı cinayət işi başladılıb. Sürücü 4 -7 il müddəinə azadlıqdan məhrum edilə bilər.

 

Xəbər lenti
0