Portfelli kişi, arxiv foto

Auditor işləmək istəyənlərin nəzərinə

36
(Yenilənib 10:49 09.01.2019)
Möhürlənmiş kotirovka təkliflərini 11 yanvar 2019-cu il saat 17:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər

BAKI, 9 yanvar — Sputnik. Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMSH) uyğun illik maliyyə hesabatlarının audit olunması xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official web-site of President of Azerbaijan Republic

Sputnik Azərbaycan Maliyyə Bazarlarına Nəzarət  Palatasına istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına (əlaqələndirici şəxs: Rüstəm Kərimov. Telefon: +99412 493-50-58/285, faks +99412498-12-14) müraciət edə bilər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 11 yanvar 2019-cu il saat 17:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

36
Teqlər:
Maliyyə Bazarlarına Nəzarət Palatası, audit
Əlaqədar
Cənnətə bilet: 220 min manatlıq iş təklifi var - FOTOLAR
Ali təhsilli işsizlərin nəzərinə: İş var
Tələsin, iş var
Tələsməyə dəyər: İslandiyada turistlər üçün 9500 avroluq iş var