BAKI, 9 yanvar — Sputnik. Azərbaycanın Ermənistanın işğalı altında olan Şuşa şəhərində dəm qazından zəhərlənmə nəticəsində 3 erməni ölüb, 1-i xəsarət alıb. Sputnik Ermənistan xəbər verir ki, zəhərlənən şəxslərin hamısı bir ailənin üzvüdür.
Məlumata görə, Şuşada yerləşən evlərdən birindən 1986-cı il təvəllüdlü S.M. və 1990-cı ildə təvəllüdlü A.A. adlı ər-arvadın, onların 2014-cü ildə anadan olan J.M. adlı oğullarının meyiti tapılıb. 2011-ci il təvəllüdlü uşaqları isə Xankəndi şəhərindəki xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır olaraq dəyərləndirir.
Hadisə ilə bağlı araşdırma aparılır.
BAKI, 27 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 166427-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 195 nəfər artıb.
Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3056-ya çatıb. Xəstəlikdən sağalanların sayı 156053 nəfər olub. Hazırda bu ölkədə 6557 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 milyonu keçib, 2,15 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 27 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,53 dollar artaraq 56,36 dollar təşkil edib.
"Brent" markalı neftin qiyməti 0,42 dollar artaraq 56,33 dollar, "Light" markalı neftin qiyməti isə 0,38 dollar bahalaşaraq 52,99 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.