BAKI, 7 yanvar - Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 8-də buludlu havanın üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Sputnik Azərbaycan bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında isə sabah havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.
ETSN-nin Milli Hidrometeorologiya Departamenti ölkə əhalisinə hava ilə bağlı xəbərdarlıq da edir. Bildirilir ki, yanvarın 7-si axşamdan 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.
BAKI, 18 yanvar - Sputnik. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı
BAKI, 18 yanvar — Sputnik. Dünya mənəvi fəlakətin astanasındadır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus qurumun İcraçı Komitəsində çıxışında bildirib.
"Mən açıq deyəcəyəm: Dünya fəlakətli mənəvi bir səhvin astanasındadır - bu səhvin qiyməti insan həyatı olacaq və dünyanın ən kasıb ölkələrində yaşamaq imkanı olmayacaq", - deyə ÜST rəhbəri qeyd edib.
O vurğulayıb ki, 49 inkişaf etmiş ölkənin vətəndaşları artıq 39 milyon doza vaksini alıb. Eyni zamanda ən kasıb ölkələrdən birində isə cəm 25 peyvəndləmə həyata keçirilir.
Qebreyesus qeyd edib ki, müxtəlif ölkələrdən insanların vaksinə bərabər çıxışını təmin etmək planları təhdid altındadır.
LIVE: @DrTedros' opening remarks at the #EB148. https://t.co/9HyDVXgyUT
— World Health Organization (WHO) (@WHO) January 18, 2021
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 milyonu keçib, 2 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.