Qrip virusu, arxiv şəkli

Xəstəxanalarda donuz qripi ilə bağlı ciddi tədbirlər görülür

109
(Yenilənib 13:16 07.01.2019)
Qrip infeksiyasına dair epidemioloji vəziyyət açıqlanıb

BAKI, 7 yanvar — Sputnik. "Azərbaycanda donuz qripinə yoluxma halları mövsüm ərzində qeydə alınmayıb. Mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir".

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib. Qeyd olunub ki, artıq bununla bağlı olaraq tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir.

"Şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, Respublikanın şəhər və rayonların Gigiyena və Epidemiologiya Mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib" – deyə qeyd olunub.

Nazirliyin xəbərinə görə, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün ET Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar ayrılıb. Bununla yanaşı, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib.

"Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olmuş, donuz qripi aşkar olunmayıb" - deyə bildirilib.

 

109
Teqlər:
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Səhiyyə Nazirliyi, donuz qripi, infeksiya, qrip
Əlaqədar
“Donuz qripi” onlarla insanı öldürdü
Batumidə "donuz qripi": Azərbaycanlı turistlər qonşu ölkədə yoluxa bilərlər
Qonşu ölkədə "donuz qripi"ndən ölən var
"Donuz qripi"nin ölkəmizdə yayılması məsələsinə aydınlıq gətirildi
Gürcüstanda "donuz qripi" altı nəfərin ölümünə səbəb olub
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

42
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

42
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

20
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

20