Günəş tutulması, arxiv şəkli

İki gündən sonra Günəş tutulacaq

26
(Yenilənib 11:02 04.01.2019)
Təbiət hadisəsi Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq

BAKI, 4 yanvar — Sputnik. 2019-cu ilin ilk Günəş tutulması qismən olacaq və yanvarın 6-na təsadüf edəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 03:34-də başlayacaq və 07:49-da başa çatacaq. 

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanının şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünəcək.

26
Teqlər:
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Milli Elmlər Akademiyası, günəş tutulması, Günəş
Əlaqədar
Azərbaycanda külək və günəş enerjisindən istifadəyə dair planlar hazırlanıb
Günəş şüası dəri xərçənginə səbəb olur?
Gələn il Günəş və Ay beş dəfə tutulacaq
Qeyri-adi günəş tutulması baş verəcək