Masallı rayon Polis Şöbəsi

Həmkəndlisinin tövləsini ot bağlamalarını yandıran şəxs saxlanıldı

33
(Yenilənib 19:35 03.01.2019)

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 3 yanvar — Sputnik. Masallı rayonunda həmkəndlinin tövləsini və ot bağlamalarını yandıran şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata əsasən, 19 sentyabr 2018-ci il tarixdə Masallı rayonu Səmidxan kəndində Pərviz Nəzərova məxsus və üzərində ot bağlamaları yığılmış tövlədə yanğın baş verib və nəticədə P. Nəzərova 8 min manat ziyan dəyib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tövləni qəsdən yandırmaqda şübhəli bilinən Səmidxan kənd sakini Cavid Qurbanov müəyyən edilərək saxlanılıb. C.Qurbanov törətdiyi əməli etiraf edib və tövlənin ban hissəsində yığılan ot bağlamalarını alışdırıcı ilə od vurmaqla yandıraraq məhv etdiyini bildirib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

33