Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsi

Paytaxtın bir hissəsində tıxac problemi həll olundu

167
(Yenilənib 15:14 03.01.2019)
Həsənoğlu küçəsinin Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində pik saatlarda nəqliyyat növbəsinin uzunluğu 396 metrdən 58 metrə qədər azalıb

BAKI, 3 yanvar — Sputnik. Daha bir küçədə problem öz həllini tapıb. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinə istinadən xəbər verir ki, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişmələrində aparılan təhlillərin nəticəsində hazırlanan layihənin icrası sayəsində kəsişmədə nəqliyyat sıxlığı azalıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib.

  • Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsi
    Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsi
    © BNA-nin mətbuat xidməti
  • Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsi
    Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsi
    © BNA-nin mətbuat xidməti
  • Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsi
    Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsi
    © BNA-nin mətbuat xidməti
1 / 3
© BNA-nin mətbuat xidməti
Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişməsi

Layihənin icrasından sonra aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, Həsənoğlu küçəsinin Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində pik saatlarda nəqliyyat növbəsinin uzunluğu 396 metrdən 58 metrə, Fətəli xan Xoyski küçəsindən Təbriz küçəsi istiqamətində isə 493 metrdən 102 metrə qədər azalıb.

Qeyd edək ki, Həsənoğlu küçəsi ilə Təbriz küçəsinin kəsişməsində müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə sola dönən nəqliyyat vasitələri üçün əlavə hərəkət zolaqları təşkil edilib. Gələcəkdə yol ayrıcında hərəkətin təhlükəsizliyinin daha da artırılması məqsədi ilə svetoforun 3 fazalı vaxt rejimində təşkili də nəzərdə tutulub.

167
Teqlər:
sıxlıq, tıxac, nəqliyyat, prospekt, küçə
Əlaqədar
Gələcəyin taksisi: Bəlkə tıxaclardan canımız qurtardı?
Bir ay respublika əhəmiyyətli yolda tıxaca düşəcəksiniz
Paytaxtın Nizami rayonu ərazisində ciddi tıxac var - FOTO
Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

Atəşə tutulan mülki əhali ilə bağlı daha bir bəyanat yayıldı

24
Dünən Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü

BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi hərbi təxribatlar zamanı qadın və uşaqların hüquqlarını pozması və qətlə yetirməsinə dair bəyanat yayıb.

Sputnik Azərbayan xəbər verir ki, bəyanatda dinc əhalinin də atəşə tutulmasından bəhs edilib:

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il, saat 06:00-dan başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı baş verib.

Əvvəllər də mövcud atəşkəs rejimini dəfələrlə pozan Ermənistan silahlı birləşmələri bu dəfə bütün təmas xətti boyu hücuma keçərək Azərbaycan mövqelərini, yaşayış məntəqələrini intensiv şəkildə müxtəlif növ silah və artilleriya qurğuları ilə atəşə tutmaqda, mülki və hərbi obyektlərə ciddi ziyan vurmaqda davam edir.

Bu hərbi təcavüz nəticəsində yaralanan və qətlə yetirilən mülki əhali arasında xüsusilə qadın və uşaqların məqsədyönlü şəkildə hədəfə alınması erməni vandalizmini bir daha dünya ictimaiyyətinə nümayiş etdirməkdədir.

Ermənistan silahlı qüvvələrinin iki gün ərzində açdığı atəş nəticəsində dinc əhali arsında xeyli sayda ölən və yaralanan var.

Bu hadisələr Ermənistanın cari ilin 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi zorakı və təcavüzkar əməllərinin davamı kimi qiymətləndirilir.

Ermənistan tərəfinin beynəlxalq sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, "Müharibə zamanı mülki əhalinin müdafiəsi" haqqında Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının, ümumilikdə insan hüquqları sahəsində digər mühüm sənədlərin müvafiq müddəalarına əməl etməməsi növbəti dəfə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozduğunu və müharibə cinayətlərini davam etdirdiyini sübut edir.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təcavüz aktına cavab olaraq əks-hücum əməliyyatlarını həyata keçirərək, mülki əhaliyə, qadınlara və uşaqlara qarşı müharibə aparmadığını bəyan edir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq, dünya ictimaiyyətini, eləcə də aidiyyəti beynəlxalq təşkilatları, BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006 və 2008-ci illərdə qəbul olunmuş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı qətnamələrinə, BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, BMT Təhlükəsizlik Şurasının "Silahlı münaqişələr zamanı uşaqların qorunması tədbirləri haqqında" 2427 qətnaməsinə məhəl qoymayan Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə seyrçi qalmamağa, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin, xüsusən də qadın və uşaqların pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində üzərlərinə düşən zəruri addımları atmağa və müvafiq tədbirlər görməyə çağırırıq.

24
Məktəbdə tədris prosesi

Hərbi vəziyyətdə təhsilə necə davam edəcəyik - Nazirlik aydınlıq gətirir

134
Cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. Bu gün saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib. Qanunvericilikdə hərbi vəziyyət dövründə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutula bilər. Bu tədbirlər sırasına rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi və təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması da daxildir. Qeyd edək ki, bu tədris ilindən koronavirus pandemiyasına görə, ali təhsil müəssisələrində tədris tamamilə onlayn, orta təhsil müəssisələrində isə hibrid təşkil olunur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması nəticəsində bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə əlaqədar artıq dünəndən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edir. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edilir. Sputnik Azərbaycan belə bir şəraitdə onlayn dərslərin necə davam etdiriləcəyini, mövcud problemdən çıxış yollarını arayıb.

Təhsil Nazirliyi yanında İçtimai Şuranın sədri, professor Şahlar Əsgərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ölkəmiz müharibə şəraitindədir, amma bununla belə təhsil unudulmamalıdır: "Müəyyən dəyərlər sistemi var. Bu dəyərlərdən biri də təhsildir. Amma sağlamlıq tamamilə başqa bir dəyərdir. Sağlamlıq təhsildən öndə durur. Pandemiya və müharibə şəraiti müvəqqətidir. Əminəm ki, biz bu iki müharibədən qalib çıxacağıq. Düzdür, bu gün internetə məhdudiyyətlərin tətbiq edilməsi təhsilimizin onlayn da olsa davam etdirilməsini əngəlləyir. Təhsilimizdə bir sınma dövrü müşahidə olunur. Amma bu çox müvəqqətidir. Həmçinin də nəzərə alaq ki, boş bir məsələyə görə sınmır. Torpaqlarımızın bütövlüyü naminə sınır, axsayır. Əminəm ki, Azərbaycanın təhsil ictimaiyyəti, Azərbaycan müəllimi bu çətin dövrü də arxada qoyacaq. Təbii ki, belə bir vəziyyətdə dərslərin onlayn davam etdirilməsi mümkün deyil. Ona görə də, şagirdlər ancaq televiziyalardan "Dərs vaxtı"nı izləyə bilərlər. Qeyd edim ki, teledərslər Təhsil Nazirliyi tərəfindən məhz internetin olmadığı şərait üçün yayımlanır. "Teledərslər"in şagirdlərə istiqamətverici təsiri var. Ona görə də, hazırda çıxış yolu televiziyadan yayımlanan dərsləri izləməkdir. Amma bununla belə, müəllimlər də öz şagirdləri ilə əlaqə 

saxlamalı, dərsdə başa düşməyən məqamları onlara izah etməlidirlər. Demək olar ki, hazırda təhsilin davam etməsi üçün yeganə çıxış yolu budur".

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "ARB Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur: "Ötən gündən başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb və xüsusilə də mülki əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi və sosial obyektləri atəşə tutması nəticəsində mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 444 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib. Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə "Mədəniyyət" və "Arb Günəş" televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur. Cəbhə bölgəsindən gələn qələbə xəbərləri münasibətilə xalqımızı təbrik edir, igid Azərbaycan əsgərinə "Zəfər sənindir!" deyirik".

Məlumat üçün bildirək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

Xatırladaq ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olması, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması nəzərə alınaraq, sentyabrın 28-də saat 00:00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib.

134