ELM

"Məlum olub ki, müəllimlərimizin bilik və bacarıqları 50 faizdən aşağıdır"

© REPORTУчебный процесс в одной из бакинских школ
Учебный процесс в одной из бакинских школ - Sputnik Azərbaycan
Abunə olmaq
"Hanı bəs sizin keyfiyyət iliniz? Hanı bəs sizin təlimlərin nəticəsi?"

BAKI, 3 yanvar — Sputnik. "Bir neçə gün əvvəl Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərinizdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarından imtahan keçirib. Layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə olan fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarətdir. Amma məlum olub ki, bəs bizim müəllimlərin bilik və bacarıqları hələ 50 faizdən aşağıdır. Hanı bəs sizin keyfiyyət iliniz? Hanı bəs sizin təlimlərin nəticəsi?"

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov öz "Facebook" səhifəsində yazıb. 

Müəllimlərin imtahanı - Sputnik Azərbaycan
ELM
Müəllimlərin imtahanı ilə bağlı böyük qalmaqal

"Bu nəticələr bir daha sübut edir ki, qəbul və buraxılış imtahanlarının yüksək nəticələri Təhsil Nazirliyinin, orta məktəblərin nəticəsi deyil.  Çünki öz nəticəsi aşağı səviyyədə olan, yüksək nəticə verə bilməz! 2014-cü ildən bəri müəllimlərin nəticələrində heç bir irəliləyiş yoxdur" – deyə K.Əsədov əlavə edib.

Ekspert fənnlər üzrə nitəcələri də təqdim edib: 

"Biologiya fənni üzrə:

İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 51 %-i təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90% olub.

İnformatika fənni üzrə:

İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edillən 20 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 10 %-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83% olub.

Fizika fənni üzrə: 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məktəb direktoru olmaq üçün şans yaranıb – 700 vakant yer var

İmtahanda iştirak edən 180 nəfərdən 11 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 6 %-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 95% olub.

Kimya fənni üzrə:

İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edillən 30 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 5 %-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 62% olub.

Riyaziyyat fənni üzrə:

İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 1 %-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63% olub.

Xəbər lenti
0