Dövlət Avtomobil Nəqliyyatı Xidməti işini gücləndirilmiş rejimdə davam etdirəcək

© REPORTYeni sərnişin avtobusları
Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Respublikanın avtovağzal və avtostansiyalarında gücləndirilmiş iş rejimi davam edir

BAKI, 3 yanvar — Sputnik. Yeni il bayramı ilə əlaqədar olaraq Dövlət Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş rejimdə çalışır. Sputnik Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən xəbər verir ki, respublikanın 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini yanvar ayının 5-nə qədər uzadılıb.

“Xahiş edirik ki, biletlərinizi avtovağzalların kassalarından əldə edəsiniz. Əks halda, qeyri-qanuni daşımaları həyata keçirən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnmə riski yüksək olacaq” – deyə verilən məlumatda qeyd olunub.

 

Xəbər lenti
0