Bakı avtomobil satışı mərkəzi

Gömrükhaqları artdı, avtomobillər bahalaşdı

588
(Yenilənib 15:11 02.01.2019)
Minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb

BAKI, 2 yanvar — Sputnik. Yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinə tətbiq olunan aksiz dərəcələri artırılıb. Sputnik Azərbaycan avtosfer.az-a istinadən xəbər verir ki, minik avtobillərində mühərrikin həcmi 2 000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat (hazırda 0,20 manat), mühərrikin həcmi 3 000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat (hazırda 3 manat) mühərrikin həcmi 4 000 kubsantimetrədək olduqda 5 600 manat (hazırda 3 400 manat) + mühərrikin həcminin 3001- 4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 13 manat (hazırda 8 manat) mühərrikin həcmi 5 000 kubsantimetrədək olduqda 18 600 manat (hazırda 11 400 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat (hazırda 20 manat) mühərrikin həcmi 5 000 kubsantimetrdən çox olduqda 53 600 manat (hazırda 31 400 manat) + mühərrikin həcminin 5 000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat (hazırda 40 manat) aksiz dərəcəsi tətbiq olunacaq.

588
Teqlər:
qiymət, aksiz, avtomobil
Əlaqədar
Dövlət Yol Polisinin avtomobili yandı - VİDEO
İki yüz altmış beş nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub
Dünyanın aparıcı avtomobil şirkətlərindən birinə cinayət işi açılıb