Qalaktika, Andromeda, Süd yolu

İnsanı şoka salan suallara cavab verildi

1139
(Yenilənib 22:23 27.12.2018)
İnsanın 2 deyil, 4 burun dəliyi olduğunu bilirdinizmi?

BAKI, 1 yanvar — Sputnik. Alimlər bu günədək maraq doğuran və bir çoxlarının cavabını bilmədiyi sualları cavablandırıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər dünyada müharibədən üç dəfə dəhşətli olan nədir, neçə burun dəliyimiz var, kainat hansı rəngdədir, təyyarədəki qidaların dadı niyə fərqlidir və s. bu kimi maraqlı sualları cavablamaq üçün araşdırma aparıblar. Bir sıra istiqamətlərdə aparılan araşdırmaların yekun nəticələrini təqdim edirik:

Təyyarədə yeyilən qidalar niyə fərqli təamdadır?

Oksford universitetinin alimləri apardıqları araşdırmaların nəticəsində belə qənaətə gəliblər ki, təyyarədə yeyilən qidaların dadının fərqli olmasının səbəbi rütubətliliyin az olmasıdır.

Beyin ölçüsü yüksək olan şəxslər digərləri ilə müqayisədə daha hafizəlidir?

İngilis və hollandiyalı alimlər isə beyin ölçüsü normadan yüksək olan şəxslər haqda maraqlı araşdırma aparıblar. Onlar belə qənaətə gəliblər ki, beyin ölçüsü normadan yüksək olanlar daha savadlı və intellektli olurlar. Mütəxəssislər 13 min 600 nəfər üzərində aparılan araşdırma zamanı bu nəticəni əldə ediblər.

Öldükdən sonra dırnaq və saç uzanırmı?

Alimlər bu günədək insanlar üçün daha maraqlı qalan bir suala da aydınlıq gətiriblər. Onlar son nəticə olaraq belə qənaətə gəliblər ki, öldükdən sonra bədəndəki su çəkilir və dəri sıxılır. Ekspertlərin fikrincə, öldükdən sonra dırnaq və saç uzanmır.

Neçə burun dəliyimiz var və kainat hansı rəngdədir?

Bundan başqa insanın 4 burun dəliyinin olduğu, ikisinin görünən, ikisinin isə görünməyən olduğu, kainatın bej rəngində göründüyü qeyd olunub.

1139