Bakıda yağış

Bayram günləri üçün hava xəbərdarlığı

110
(Yenilənib 14:42 28.12.2018)
Havanın temperaturu gündüz 7-10, 31-dən yanvarın 1-nə keçən gecə 2 dərəcəyə yaxın olacaq

BAKI, 28 dekabr — Sputnik. Dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 7-10, 31-dən yanvarın 1-nə keçən gecə 2 dərəcəyə yaxın olacaq. Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Qeyd: Hər gün bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

110
Teqlər:
rayon, paytaxt, hava
Əlaqədar
Bakının yağışlı bir günündən - FOTOLAR
Yol polisi yağışlı havada vətəndaşların köməyinə çatıb