Quba və Xızı rayonlarına qar yağıb

Şimal bölgəsinə qar yağıb

157
(Yenilənib 10:07 28.12.2018)
Qəfil yağan qar rayonlarda havanın temperaturunun aşağı düşməsinə səbəb olub

BAKI, 28 dekabr - Sputnik. Bu gün Azərbaycanın şimal regionuna qar yağıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qar ən çox Quba və Xızı rayonuna, həmçinin kəndlərinə yağıb.

Quba və Xızı rayonu səhər sanki ağ örpəyə bürünüb. Qarın hündürlüyü 2-3 sm-ə çatır.

Quba və Xızı rayonlarına qar yağıb
© Sputnik / Leyla Abdullayeva
Quba və Xızı rayonlarına qar yağıb

Qəfil yağan qar rayonlarda havanın temperaturunun aşağı düşməsinə səbəb olub. Qarın yağması hazırda da davam edir.

157
Teqlər:
Xızı, Quba, şimal, qar
Əlaqədar
Külək, yağış, qar - Ölkə ərazisində hava proqnozu
Bakıya sulu qar yağacaq
Əhaliyə hava xəbərdarlığı - Qar yağacaq
Bəzi rayonlara qar yağacaq