Avtovağzal

Dövlət qurumları gücləndirilmiş rejimdə işləyəcək

19
(Yenilənib 11:55 27.12.2018)
Bayram günlərində gün ərzində, təxminən, 17-19 minə yaxın sərnişinin Bakı Beynəlxalq Avtovağzalının xidmətlərindən istifadə edəcəyi gözlənilir

BAKI, 27 dekabr — Sputnik. Qarşıdan Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü gəlir. Bu günlərdə bəzi qurumlar gücləndirilmiş iş rejimində çalışacaq .

Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, avtovağzal 15 dekabr tarixindən - 03 yanvar tarixinədək gücləndirilmiş rejim xidmət göstərəcək. 

O bildirib ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə, təxminən, 9 min sərnişin yola salınırsa, bayram ərəfəsində 600-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulub: "Bayram günlərində gün ərzində, təxminən, 17-19 minə yaxın sərnişinin Bakı Beynəlxalq Avtovağzalının xidmətlərindən istifadə edəcəyi gözlənilir. Bu səbəblə ehtiyat avtobuslar ayrılıb. Sərnişinlər biletləri avtovağzalın kassalarından və bbak.az saytından onlayn şəkildə əldə edə bilərlər. Sərnişinlərə bayram günlərində yarana biləcək sıxlığı nəzərə alaraq, biletləri bir neçə gün öncədən almaları tövsiyyə olunur".

Qurumun sözçüsü qeyd edib ki, əlavə olunmuş avtobuslarla yanaşı sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzalının perron nəzarətçiləri, texniki heyəti və yarana biləcək problemləri dərhal həll edə bilmək sərnişindaşıma şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq. 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova da Sputnik Azərbaycan-a  bildirib ki, QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyli Günü və yeni təqvim ili – 2019-cu il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq: "Sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir".

Sevinc Qədirova qeyd edib ki, bayram günləri tarixlərinə (27, 28, 29 və 30 dekabr tarixlərinə) ölkədaxili hərəkət edəcək sərnişin qatarlarına kassalarda biletlər var.

"Eyni zamanda, həmin tarixlərdə Bakı-Tbilisi sərnişin qatarının kupe və SV tipli vaqonlarına biletlər satılıb qurtarsa da, plaskart tipli vaqonlara (30 dekabr tarixinə kupe yerlərə də) biletlər var. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir" – deyə Qədirova əlavə edib.

19
Teqlər:
gücləndirilmiş iş rejimi, iş rejimi, Bakı Dəmir Yolu Vağzalı, Dəmir Yolu vağzalı, Bakı Beynəlxalq Avtovağzalı
Əlaqədar
Bayramda avtovağzalın iş rejimi başqa cür olacaq
Bayramla bağlı bir sıra qurumların iş rejimi dəyişdi
Bayram günlərində bankların iş rejimi məlum oldu
"Koroğlu" stansiyasının iş rejimi dəyişdiriləcək