Bakı metrosunda sərnişinlər

Bakı metrosunda ajiotaj: Sərnişinlər platformada qaldı

118
(Yenilənib 10:37 27.12.2018)
Səhər saat 08:05 radələrində "Dərnəgül" - "Həzi Aslanov" istiqamətində gedən qatarda nasazlıq yaranıb

BAKI, 27 dekabr — Sputnik. Bu gün səhər saatlarında "Bakı Metropoliteni"nin "Memar Əcəmi" stansiyasında problem yaranıb. Yaranan problemə görə sərnişinlər platformada qalıb və sıxlıq yaranıb. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında baş vermiş hadisəyə aydınlıq gətirib.

O bildirib ki, səhər saat 08:05 radələrində "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində gedən qatarda nasazlıq yaranıb: "Dərnəgül"-"Həzi Aslanov" istiqamətində hərəkət edən qatar "Memar Əcəmi" stansiyasında dayanan zaman vaqonlardan birinin qapısında problem yaranıb. Maşinist dərhal problemi aradan qaldırmaq məqsədilə qatarı saxlayıb. Nasaz halda qatarı idarə etməmək üçün sərnişinlərdən qatarı boşaltmaları rica olunub".

"Daha sonra maşinist təlimat qaydalarına uyğun olaraq qatarı "Memar Əcəmi" stansiyasından "Nərimanov" stansiyasına qədər sərnişinsiz idarə etməli olub. Oradan isə qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. Qeyd edim ki, intervallarda gecikmə yaranmayıb" - deyə B.Məmməd.

 

118
Teqlər:
Bakı Metropoliteni, qatar, nasazlıq, metro
Əlaqədar
Bu metro stansiyasında məhdudiyyət müvəqqəti götürülür
Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO
Azərbaycanda metro və marşrut avtobuslarında gediş haqqı artırıldı
Metro ilə gedənlər üçün önəmli xəbər