Azərbaycanın iki kurortu MDB turistləri arasında daha məşhurdur

Abunə olmaq
Şahdağ və Tufandağ kurortuna turlar MDB turistləri arasında daha məşhurdur

BAKI, 27 dekabr - Sputnik. Rusiyanın "TurStat" analitika agentliyi 2018-ci ilin dekabrı və 2019-cu ilin yanvarında turistlərin Yeni il və qış səyahətləri üçün ən yaxşı MDB şəhərlərinin reytinqini açıqlayıb.

“Report” xəbər verir ki, Minsk, Bakı və Astana 2019-cu ilin qışında MDB şəhərlərinə səyahət reytinqinə liderlik edir.

Məlumata görə, Belarusun Loqoysk və Siliçi dağ-xizək kurortu, Azərbaycanın Şahdağ və Tufandağ kurortları, Qazaxıstanın Almatıdakı Çimbulak kurortuna turlar MDB ölkələrinin turistləri arasında daha məşhurdur.

Çimbulak, Şahdağ və Siliçi 2019-cu ilin qışında turistlər arasında məşhur MDB kurortlarının ilk üçlüyünə daxildir.

2019-cu ilin qışında MDB turistlərinin ən yaxşı 10 şəhəri siyahısında Minsk (Belarus), Bakı (Azərbaycan), Astana (Qazaxıstan), İrəvan (Ermənistan), Alma-Ata (Qazaxıstan), Daşkənd (Özbəkistan), Bişkek (Qırğızıstan), Kişinyov (Moldova), Düşənbə (Tacikistan) və Aşqabad (Türkmənistan) qərarlaşıb.

MDB şəhərlərinin reytinqi 2018-2019-cu ilin qışında turist səfərlərinin populyarlığının təhlili nəticəsində tərtib olunub.

Xəbər lenti
0