Əmək müqaviləsi

Əmək müqaviləsi ilə işləyənlərin sayı 100 min nəfər artıb

76
(Yenilənib 13:40 26.12.2018)
Nazir sosial yardım sisteminin optimalaşdırılması, bu sahənin şəffaflaşdırılması istiqamətində cari ildə görülən islahat tədbirlərini qeyd edib

BAKI, 26 dekabr - Sputnik. "Cənab İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli Sərəncamı aztəminatlı ailələrə daha bir qayğıdır". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr olunmuş elmi praktiki konfransda deyib. 

O bildirib ki, sərəncam ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat birdəfəlik yardım verilməsini nəzərdə tutur ki, bu da həmin ailələrin, yəni 50 minədək ailənin (200 mindən çox ailə üzvünün) bayram ərəfəsi maddi təminatlarına bir dəstəkdir. 

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması barədə görülən işlərdən bəhs edən S.Babayev, həmçinin məqsədyönlü stimullaşdırıcı tədbirlər nəticəsində cari ildə əmək müqaviləsi ilə işləyənlərin sayının 100 min nəfər artdığını deyib.

Nazir sosial yardım sisteminin optimalaşdırılması, bu sahənin şəffaflaşdırılması istiqamətində cari ildə görülən islahat tədbirlərini qeyd edib.

S.Babayev əlillik təyinatlarında şəffaflığın və qanunvericiliyin tələblərinin təmin edilməsi yönündə  aparılan işləri də diqqətə çatdırıb.

O, görülən tədbirlərin nəticəsi olaraq, 2018-ci ilin III rübündə ilkin əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayının ilin birinci rübünə nisbətən 61,3 faiz, həmçinin I qrup əlillik üzrə 76 faiz azaldığını bildirib.

76
Teqlər:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sahil Babayev, əmək müqaviləsi
Əlaqədar
İki yüz altmış beş nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub
Sahib Məmmədov: "Əmək müqaviləsi ilə işləyənlər kompensasiyalara iddia edə bilərlər"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə bağlı konfrans keçirilib