Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə bağlı konfrans keçirilib

© Sputnik / Irade JELILƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr edilmiş elmi praktiki konfrans
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr edilmiş elmi praktiki konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş filmin nümayişi olub

BAKI, 26 dekabr - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar hökumət və qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, sosial tərəfdaşların, ayrı-ayrı beynəlxalq qurumların, elmi ictimaiyyətin nümayəndələrinin iştirakı ilə “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, konfransda əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş filmin nümayişi olub. Filmdə 1918-ci il dekabrın 26-da də Azərbaycan Xalq Cümhuriyyəti hökumətində yaradılmış Poçt, Teleqraf və Əmək Nazirliyinin, daha sonra ayrıca qurum kimi formalaşan Əmək Nazirliyinin fəaliyyətindən bəhs olunub.

© Sputnik / Irade JELILƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr edilmiş elmi praktiki konfrans
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə bağlı konfrans keçirilib - Sputnik Azərbaycan
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyinə həsr edilmiş elmi praktiki konfrans

Konfransı giriş sözü ilə Baş nazirinin müavini Əli Əhmədov açıb. Ə.Əhmədov Azərbaycanda sosial inkişafın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində Heydər Əliyevin xidmətlərini qeyd edib. Son 15 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin bütün sahələrdə dinamik inkişafını, eyni zamanda sosial sahədə mühüm irəliləyişləri, sosial müdafiə sisteminin daim güclənməsini uğurla təmin etdiyini bildirib. 

Daha sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə və sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyət göstərdiklərinə görə nazirliyin 2 nəfər əməkdaşının fəxri adlarla, 12 nəfər əməkdaşının isə “Tərəqqi” medalı ilə təltif edilməsi barədə 25 dekabr 2018-ci il tarixli Sərəncamları oxunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gələn ildən vətəndaşlar heç bir sənəd toplamadan pensiya təyinatı alacaqlar

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial rifahın təminatı hər bir ölkənin ümumi inkişafının əsas göstəricilərindən biri kimi qəbul edilir: “Bu mənada, ümummilli liderimiz Heydər Əliyevin memarı və qurucusu olduğu, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir müstəqil Azərbaycan, eyni zamanda bir sosial dövlət olaraq bu inkişafını özünün güclü sosial siyasətində təcəssüm etdirir”.

O, ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunun, ölkəmizin etibarlı təməllər üzərində uzunmüddətli inkişafına yol açan strategiyasının bütün istiqamətlər üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün ölkəmizin dinamik iqtisadi inkişafının güclü sosial siyasətlə tamamlandığını bildirib. 

S.Babayev, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti hökumətindəki Əmək Nazirliyinin fəaliyyətindən bəhs edib, nazirliyin hələ 100 il bundan öncə bugünkü əmək və sosial müdafiə sistemi üçün aktual olan məsələlərin həlli istiqamətində atdığı addımları qeyd edib. 

Наклейка Инвалид за рулем на лобовом стекле автомобиля, фото из архива - Sputnik Azərbaycan
İki yüz altmış beş nəfər Qarabağ müharibəsi əlili minik avtomobili ilə təmin olunub

Konfransda Azərbaycan Respublikası Milli Məclisi sədrinin  müavini Bahar Muradovanın, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin,  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin çıxışları dinlənilib.

Sonra Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Nazirliyin strukturlarında uzun illər çalışmış işçiləri və “Sosial elçilər”i təltif olunmaları üçün təqdim edib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli KİVDF-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi “Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib. Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.

Xəbər lenti
0