Əmr imzalayan adam, arxiv şəkli

Nazirlikdə yüksək təyinat

289
(Yenilənib 12:23 25.12.2018)
O, 2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub

BAKI, 25 dekabr — Sputnik. Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, Hidayət Abdullayev nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunub. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat şöbəsindən məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official web-site of President of Azerbaijan Republic

Məlumatda qeyd edilib ki, H.Abdullayev 1979-cu ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə Odlar Yurdu Universiteti ilə birgə Corciya (ABŞ) Dövlət Universitetinin təşkil etdiyi Biznesin idarəolunması fakültəsinin beynəlxalq biznes ixtisası üzrə magist dərəcəsini alıb.

1997-ci ildən Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində müxtəlif vəzifələrdə, 2007-ci ildən "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin icraçı direktoru, 2008-ci ildən sığorta və bank sistemində, eləcə də bir neçə xarici ölkədə sığorta və tibbi risklərin idarəolunması sahələrində çalışıb.

2011-ci ildən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində şöbə müdirinin müavini, 2013-cü ildən həmin Nazirlikdə beynəlxalq layihə üzrə müdir müavini vəzifələrində işləyib. 2018-ci ilin avqust ayından hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri olub.

289
Teqlər:
təyinat, vəzifə, Aparat rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri
Əlaqədar
Prezidentdən yüksək vəzifəyə yeni təyinat
Pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət təyin ediləcək
Azərbaycanın bir sıra məhkəmələrinə sədrlər təyin olunub - SİYAHI