Mehriban Əliyeva

Birinci vitse-prezidentin bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır

69
(Yenilənib 10:19 25.12.2018)
"Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”

BAKI, 25 dekabr - Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyanat yayıb. Sputnik Azərbaycan bəyənatı olduğu kimi təqdim edir: 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb
© Official web-site of President of Azerbaijan Republic

“Son zamanlar sosial şəbəkələrdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adından saxta hesabların yaradılması, fotoşəkillərini paylaşaraq ona aid olmayan fikir, sitat və ölkə vətəndaşlarına müraciətlərin yayımlanması geniş yer alıb. Bu cür yalan yazıların artmasını nəzərə alaraq, onların yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyi bəyan edir ki, xanım Mehriban Əliyeva heç bir sosial şəbəkə istifadəçisi deyil və onun bütün müraciət və bəyanatları auditoriyaya yalnız rəsmi KİV vasitəsilə çatdırılır.

Media və sosial şəbəkələrdə ölkənin Birinci vitse-prezidenti adından dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair saxta açıqlamaların verilməsi çaşqınlıq doğurur. Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətinə dair dolğun, rəsmi və doğru informasiyaya sərbəst çıxış mövcud olduğu halda, həqiqətə uyğun olmayan məlumatların istifadəsi və paylaşılması yolverilməzdir.

Təkidlə hər kəsi məsuliyyətli olmağa və yoxlanılmamış, saxta və təxribat xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq”.

69
Teqlər:
bəyanat, Birinci vitse-prezident, Mehriban Əliyeva
Əlaqədar
Mehriban Əliyeva Roma Papası ilə görüşüb
Mehriban Əliyeva məşhur universitetə təbrik məktubu ünvanladı
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
Mehriban Əliyeva məscidin açılışında iştirak edib