Məhbus, arxiv şəkli

Bakıda məhbuslara heroin metamfetamin göndərdilər

37
(Yenilənib 16:52 24.12.2018)
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

BAKI, 24 dekabr — Sputnik. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə və Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Sputnik Azərbaycan AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə istinadla xəbər verir ki, 7 saylı cəzaçəkmə müəssisəsinə Cinayət Məcəlləsinin 93.1.4 və 234.4.1-ci maddələrinə əsasən 2 il 3 ay azadlıqdan məhrum edilmiş məhkum Əsgərov Vüqar Əsgər oğlu ilə qısamüddətli görüşə gəlmiş qardaşı Əsgərov Ağahüseyn Əsgər oğlunun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman əynindəki şalvarın etiketində xüsusi üsulla tikilərək gizlədilmiş 0,432 qram "Heroin" aşkar edilib.

Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Kərimov İlqar Hüseynağa oğluna göndərilmiş banderola özünün və hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman qurudulmuş çörəyin içərisində xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,339 qram olan "Heroin" və 1 ədəd sellofan bükülüdə 0,01 qram "Metamfetamin" dərman preparatı aşkar edilib.

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

37