Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq birgə tədbirlər planı imzalayıb

16
Mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək

BAKI, 24 dekabr — Sputnik. 2019-cu ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, plana əsasən keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyən edilib.

İl ərzində birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla nəzərdə tutulan görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər həyata keçiriləcək.

16