CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişdirildi

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidСтуденты в аудитории, фото из архива
Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir

BAKI, 24 dekabr — Sputnik. "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişikliklər edilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir ki, bu barədə baş nazir Novruz Məmmədov qərar verib.

Qərara aşağıdakı dəyişikliklər eidlib:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
ELM
İlham Əliyev ali məktəb barədə sərəncam imzaladı

1. 1.6-cı bəndin ikinci cümləsinə "biliyin qiymətləndirilməsi üzrə" sözlərindən sonra "mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə" sözləri əlavə edilsin. 

2. 2.1-ci bəndə "məzunları" sözündən sonra "və tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən şəxslər" sözləri əlavə edilsin.

3. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

"3. Qəbul imtahanı 2.3.1. Bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan abituriyentlər istisna olmaqla, qəbul imtahanlarının birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim edilir. Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Qərara görə, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.

İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 45 dəqiqədir. Bu imtahanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir və "məqbul" alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə ixtisas seçiminə buraxılmır. 

Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ali məktəb tələbələrinə yeni güzəşt tətbiq edilir

Müvafiq tədris ili üzrə müsabiqədə abituriyentlər tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər və qəbul imtahanının birinci mərhələsini, eləcə də bu Qaydaların 3.2-ci bəndində nəzərdə tutulan Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahan vermirlər. Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində imtahan verdikləri Azərbaycan dili (dövlət dili kimi) fənnindən Mərkəz tərəfindən müəyyən edilən şərtə uyğun nəticə əldə etməlidirlər.

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris ingilis, gürcü və digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanı çərçivəsində ali təhsil pilləsində təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili fənnindən də imtahan verməlidirlər. Tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris rus dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün rus dili fənnindən, tədris rus dilində aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan ixtisasları üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycan dili fənnindən imtahan verməlidirlər.

Buraxılış imtahanının nəticələrinə əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edən abituriyentlər buraxılış imtahanı çərçivəsində verdikləri xarici dildən fərqli xarici dil bilikləri tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qəbul imtahanının birinci mərhələsi çərçivəsində tələb edilən xarici dildən imtahan verməlidirlər.

Ali məktəblərə qəbul imtahanı. Arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Ali məktəb və kolleclərdə imtahanların vaxtı dəyişdirildi

Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri 2 il qüvvədə olur, cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müvafiq tədris ilində yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özü müəyyən edir. 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçirilir.

Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. I-IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. İxtisas qrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları aşağıdakı kimi müəyyən edilib.

I ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), fizika (nisbi

əmsal:1,5) və kimya (nisbi əmsal:1);

II ixtisas qrupu – riyaziyyat (nisbi əmsal:1,5), coğrafiya

(nisbi əmsal:1,5) və tarix (nisbi əmsal:1); 

III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq,

Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5)

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
DİM vacib açıqlama ilə çıxış etdi

və ədəbiyyat (nisbi əmsal:1);

IV ixtisas qrupu – biologiya (nisbi əmsal:1,5), kimya

(nisbi əmsal:1,5) və fizika (nisbi əmsal:1);

V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər qəbul imtahanının ikinci mərhələsini vermirlər. Onlar müsabiqədə birinci mərhələnin (buraxılış imtahanının) nəticələrinə əsasən iştirak edirlər. 

Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. İmtahanın davametmə müddəti 3 saatdır.

Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. İmtahanların keçiriləcəyi günlər və imtahanların aparılması texnologiyası Mərkəz tərəfindən müəyyənləşdirilir.

Qəbul imtahanlarında əlilliyi olan şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. I qrup gözdən əlilliyi olan abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti hər mərhələdə 1 saat artırılır.

Bununla yanaşı qərarda qeyd edilir ki,

İlham Əliyev - Sputnik Azərbaycan
İki ali məktəb ləğv edilib üçüncüyə birləşdirildi

4. 5.1-ci bənd üzrə:

4.1. birinci cümləyə "imtahanında" sözündən sonra "(iki mərhələnin nəticəsində)" sözləri əlavə edilsin;

4.2. ikinci cümləyə "ilində" sözündən sonra "eyni qrup üzrə" sözləri əlavə edilsin.

5. 5.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"Ümumi balı eyni olan 2 və daha çox abituriyenti birbirindən fərqləndirmək məqsədi ilə təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası; xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun nəticəsi (bal); qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi bal; qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə nisbi balların cəmi; qəbul imtahanının ikinci mərhələsinin imtahan fənləri üzrə düzgün cavabların (yazılı suallar üzrə balların) sayı; qəbul imtahanının ikinci mərhələsinin imtahan fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla, həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı; qəbul imtahanının birinci mərhələsi üzrə Azərbaycan və ya rus dili fənnindən toplanılan bal; qəbul imtahanının birinci mərhələsi üzrə riyaziyyat fənnindən toplanılan bal göstəricisindən istifadə edilir.

"Qeyd. Bu Qaydalarda "müvafiq tədris ili" dedikdə, buraxılış imtahanının nəticələrinin qüvvədə olduğu tədris ili (cari və növbəti) nəzərdə tutulur.".

Xəbər lenti
0