Nursultan Nazarbayev və İlham Əliyev

Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib

32
Qazaxıstan Prezidenti azərbaycanlı həmkarına təbrik məktubu ünvanlayıb

BAKI, 21 dekabr — Sputnik. Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.

İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Ən xoş arzularla,

Nursultan Nazarbayev

Qazaxıstan Respublikasının Prezidenti".

32
Teqlər:
təbrik, prezident, Qazaxıstan, Nursultan Nazarbayev, İlham Əliyev
Əlaqədar
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik edib
Mehriban Əliyeva məşhur universitetə təbrik məktubu ünvanladı