Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü sosial məsələlərə həsr olunub

Azərbaycanda səhiyyə xərclərinin 79 faiz vətəndaşlar tərəfindən qarşılanır

97
(Yenilənib 13:27 21.12.2018)
Tədbirdə qeyd olunub ki, Ümumi Dəyər Məhsulu üzrə Azərbaycanda dövlətin səhiyyə xərci 1.4 faizdir və bu da digər ölkələrlə müqayisədə çox aşağıdır

BAKI, 21 dekabr - Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Dünya Bankının təşkilatçılığı ilə Bakıda keçirilən "İnsan Kapitalı Forumu"nun 3 günlük işinin yekun tədbiri baş tutub. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edənlər bir çox vacib məsələlərdən danışıblar. 

Azərbaycan Respublikasının İqtisadi İslahatların Təşkili və Kommunikasiya məsələləri üzrə məsul direktoru Vüsal Qasımlı 1995-2014-cü illəri əhatə edən dövrün milli sərvəti haqda məlumat verib: “Bu illər ərzində Azərbaycanda adambaşına düşən sərvətin həcmində 31 faiz artım olub. Bu gün inkişaf etmiş ölkələrdə insan kapitalı 60 faizdir. Azərbaycanda da insan kapitalının həcminin artırılması üçün müəyyən işlər görülür. Yaradılan 12 strateji yol xəritəsindən biri məhz peşə təhsilinə yönəlib". 

Daha sonra çıxış edən Dünya Bankının proqram rəhbəri Lire Ersado qeyd edib ki, Azərbaycanda səhiyyə xərclərinin 79 faiz xəstələrin özləri tərəfindən qarşılanır. O bildirib ki, bu gün dünyada insan kapitalı 70 faizdirsə, Azərbaycanda bu rəqəm 14 faiz təşkil edir:  "Azərbaycanla müqayisədə Qazaxıstanda insan kapitalı 42, Rusiyada isə 48 faizdir. Bu gün insan kapitalının həcminə görə Azərbaycan sondan 5-inci yerdədir Azərbaycanda da insan kapitalının həcmini artırmaq üçün qara qızılı insan qızılına çevirmək mühüm amildir".

İqtisadçı, Dünya Bankının Azərbaycan Sağlamlıq Komandasının təmsilçisi İrina Postolovska isə erkən yaşlılara yatırımdan söz açıb: "Daha erkən yaşlarda yatırım daha çox gəlir deməkdir. Erkən zamanda, ana bətnində yaxşı qidalanma çox mühüm amildir".

Tədbir iştirakçısı daha sonra Azərbaycanda uşaq ölümləri haqda məlumat verib: “Azərbaycanda 1000 nəfərə düşən uşaq ölümünün sayı 20-dir: “Bu rəqəm bir sıra ölkələrlə,  xüsusən də Azərbaycanla qonşu Rusiya və Türkiyə ilə müqayisədə yüksəkdir”.

İ.Postolovska bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycanda xəstəxanalarda qalma günləri də daha yüksəkdir: “Bu amil xəstələrin daha gec müraciət etmələri və səhhətlərindəki vəziyyətin nisbətən gərginləşməsi ilə əlaqədar ola bilər".

  • Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü sosial məsələlərə həsr olunub
    Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü sosial məsələlərə həsr olunub
    © Sputnik / Nigar Maharram
  • Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü sosial məsələlərə həsr olunub
    Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü sosial məsələlərə həsr olunub
    © Sputnik / Nigar Mahrram
  • Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü sosial məsələlərə həsr olunub
    Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü sosial məsələlərə həsr olunub
    © Sputnik / Nigar Maharram
1 / 3
© Sputnik / Nigar Maharram
Azərbaycanda insan kapitalı üzrə forumun sonuncu günü sosial məsələlərə həsr olunub

Tədbirdə qeyd olunub ki, Ümumi Dəyər Məhsulu üzrə Azərbaycanda dövlətin səhiyyə xərci 1.4 faizdir və bu da digər ölkələrlə müqayisədə çox aşağıdır.

Dünya Bankının Qlobal Təhsil Təcrübəsi üzrə meneceri Harri Patrinos insan kapitalında əsas diqqət yetirilən istiqamətlərdən danışıb: "Bu gün doğulan uşaqların məktəb yaşına çatması, neçə il təhsil alması, məktəbi bitirdikdən sonra səhhətinin necə olması, təhsilini davam etdirib işlə təmin olunub-olunmamasını araşdırırıq. Araşdırmamız nəticəsində bu qənaətə gəlmişik ki, Azərbaycan insan kapitalına görə 157 ölkə sırasında 69-cu yerdə qərarlaşıb. Bu isə o deməkdir ki, gələcəkdə indi doğulan uşaqlar potensiallarının 60 faizini reallaşdıra biləcək".

O bildirib ki, bu gün təhsil sahəsinə yatırılan sərmayə də digər ölkələrlə müqayisədə aşağı olaraq 2.9 faiz təşkil edib.

97
Teqlər:
xərclər, təhsil, uşaq, forum, Dünya Bankı, səhiyyə
Əlaqədar
Nazir müavini: Bu forum Azərbaycanın iqtisadi inkişafına töhfədir
Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum olacaq
Nazir: "Əlimizdə olan resurslar bizi də qane etmir"
Azərbaycanda "Milli Uşaq Strategiyası" qəbul ediləcək
Azərbaycan XİN-in binası, arxiv şəkli

XİN: "Ermənistan rəhbərliyi məsuliyyətsiz bəyanatları ilə öz xalqını uçuruma sürükləyir"

1
Humanitar atəşkəs razılaşdırıldıqdan sonra atəşin dayandırılması rejimini kobud şəkildə pozan Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu Baş nazirinin verdiyi bu açıqlamada aydın şəkildə görünür

BAKI, 21 oktyabr - Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan münaqişənin diplomatik həlli yoxdur deyə açıqlama ilə çıxış edərək, Ermənistanın işğalçı siyasətini davam etdirdiyini və bu ölkənin hazırkı rəhbərliyinin münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını açıq şəkildə etiraf etmiş oldu.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Baş nazirinin münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlamasında deyilir.

Vurğulanır ki, Ermənistanın Azərbaycana qarşı yeni hücumuna cavab olaraq Azərbaycanın başladığı əks-həmlə tədbirləri və on illərdir ki, işğal altında olan ərazilərin Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi ilə bağlı davamlı olaraq atəşkəs üçün yalvaran, iki dəfə humanitar atəşkəs razılaşdırıldıqdan sonra atəşin dayandırılması rejimini kobud şəkildə pozan Ermənistanın əsl niyyətinin sülhə nail olmaq deyil, yeni işğala əl atmaq olduğu Baş nazirinin verdiyi bu açıqlamada aydın şəkildə görünür.

Humanitar atəşkəsə riayət olunması üçün vasitəçi ölkələrin səylərini heçə sayan Ermənistan rəhbərliyinin, Moskvada xarici işlər nazirləri ilə həyata keçirilən məsləhətləşmələr, habelə Vaşınqtonda qarşıdan gələn görüşlər ərəfəsində diplomatik səylərə xələl gətirən bu bəyanatı uzun illərdir ki, işğalçı Ermənistan tərəfindən münaqişənin həll olunmaması ilə bağlı sərgilədiyi dağıdıcı mövqeyin növbəti bariz nümunəsidir.

Azərbaycan tərəfi, öz növbəsində xoş niyyət və konstruktivlik nümayiş etdirərək humanitar atəşkəsə iki dəfə razılıq verib və münaqişənin BMT TŞ-nin qətnamələri əsasında danışıqlar yolu ilə həllini dəstəklədiyini bəyan edib. Belə olduğu təqdirdə, bir tərəfdən, işğalçı və münaqişənin diplomatik həllində maraqlı olmayan Ermənistan, digər tərəfdən isə əraziləri 30 ilə yaxın müddətdə işğal altında olan və beynəlxalq hüquq normaları çərçivəsində və BMT qətnamələri əsasında münaqişənin siyasi həllini dəstəkləyən Azərbaycana münasibətdə eyni yanaşma nümayiş etdirən dövlətləri müvafiq nəticə çıxarmağa dəvət edirik.

Üzərində hər hansı təzyiq hiss etməyən və Azərbaycana qarşı təcavüz siyasəti çərçivəsində bu günədək törətdiyi çoxsaylı müxtəlif cinayət əməllərinə görə hüquqi məsuliyyətə cəlb edilməyən Ermənistan rəhbərliyi verdiyi məsuliyyətsiz bəyanatları və törətdiyi əməlləri ilə öz xalqını uçuruma sürükləyir.

Münaqişənin davamlı həllinin və bölgədə gərginliyin aradan qaldırılmasının yeganə yolu beynəlxalq hüququn aliliyi, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı və onlara hörmətin təmin edilməsi ilə mümkündür. 

1
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Paşinyan: "Hazırkı mərhələdə Qarabağ məsələsinin diplomatik yolla həlli yoxdur"
Paşinyandan etiraf: Azərbaycan bizim kapitulyasiyamızdan başqa heç nəyə razı deyil
İlham Əliyev: İndi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir
Paşinyan indi də İranı Qarabağ münaqişəsinin həllinə çəkmək istəyir
Vəziyyətləri qəlizdir - Bütün keçmiş prezidentləri görüşürlər
Əsgərə məktub yazan ana

Müqəddəs arzu-dualar: "Əsgərə məktub" layihəsi davam edir - VİDEO

0
(Yenilənib 19:41 21.10.2020)
Döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır.

BAKI, 21 oktyabr - Sputnik. Döyüşlərdə iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat keçirilən tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi keçirilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır.


Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan Ordumuza dəstək kampaniyasında iştirak edənlərə təşəkkürlərini çatdırır.

0