Müəllimlərin imtahanı

Müəllimlər diaqnostik qiymətləndiriləcək

136
(Yenilənib 11:31 21.12.2018)
Diaqnostik qiymətləndirmə saat 11.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək

BAKI, 21 dekabr — Sputnik. Dekabrın 22-də dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək. 

Sputnik Azərbaycan Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları iştirak edəcək.

Diaqnostik qiymətləndirmə saat 11.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Namizədlərdən imtahan keçiriləcək ünvana (5 nömrəli Bakı Peşə Liseyinin binası, Məhsəti küçəsi, 3) şəxsiyyət vəsiqələri ilə gəlmələri tələb olunur.

136
Teqlər:
diaqnostik qiymətləndirmə, peşə təhsili, müəllimlər
Əlaqədar
Azərbaycanda Müəllimlər Günü qeyd edilir
Beynəlxalq Müəllimlər Günü
Bu gün müəllimlər imtahan verəcəklər
Müəllimlər diaqnostik qiymətləndiriləcək