Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında

Rusiyada dolların dövriyyəsinə qadağa olmayacaq

31
(Yenilənib 19:18 20.12.2018)
Ancaq bu dollarla bağlı hər hansı qadağa ilə əlaqəli deyil

BAKI, 20 dekabr — Sputnik. "Rusiyada dolların dövriyyəsinə qadağa yoxdur və olmayacaq". Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya lideri Putin mətbuat konfransında deyib.

O bildirib ki, məzənnənin dəyişməsi ilə bağlı reklam məhdudiyyəti bununla əlaqədar deyil.

"Hamını sakitləşdirmək istəyirəm", - deyən Putin əlavə edib ki, sözügedən reklamlara qoyulan məhdudiyyət qanunsuz olaraq fəaliyyət göstərən valyuta dəyişmə məntəqələri ilə mübarizə ilə bağlıdır.

"Bu maliyyə, pul dövriyyəsində nizam yaratmaq, bazarda fəaliyyət göstərən "boz" məntəqələrə qarşı mübarizə aparmaq prosesidir. Ancaq bu dollarla bağlı hər hansı qadağa ilə əlaqəli deyil", - deyə Putin əlavə edb.

31