Polis maşını hadisə yerində

Piyadanı vurub, hadisə yerindən qaçan sürücü saxlanılıb

15
(Yenilənib 14:20 19.12.2018)
Əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb

BAKI, 19 dekabr — Sputnik. Sumqayıt şəhərində piyadanın xəsarəti ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, dekabrın 17-də saat 20 radələrində Sumqayıt şəhərinin Metallurq küçəsində yolu keçən şəhər sakini Rüstəm Babaşovun müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Yol qəzasının "Hyundai" markalı avtomobillə törədildiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vasif Quliyev polis əməkdaşları tərəfindən saxlanılılıb.

Araşdırma aparılır.

15
Teqlər:
polis, Sumqayıt, sürücü, piyada
Əlaqədar
Paytaxtda ağır qəza oldu, orta yaşlı piyada vuruldu - VİDEO
Piyada hərəkətdə olan maşını təpiklədi
Zığ şossesində uçqun oldu, piyada yolunda təhlükə yarandı — VİDEO
Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb