Bakıda yağan yağış

Bakının magistrallarında sürət həddi endirilib

57
(Yenilənib 11:44 18.12.2018)
"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik"

BAKI, 18 dekabr — Sputnik. Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik" - deyə Ağayev bildirib.

57
Teqlər:
magistral, Mais Ağayev, sürət
Əlaqədar
Yağışlardan sonra cənub bölgəsində sürüşmə aktivliyi artıb - FOTO
Külək, yağış, qar - Ölkə ərazisində hava proqnozu