Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Uğur qazanmağın formulu – Azərbaycanlı gənc xaricdə necə məşhur oldu

© Facebook / HeyderDicey Heydər Əliyev
Dicey Heydər Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
“Mən heç vaxt öz həmvətənlərimlə rəqabət aparmamışam”

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 17 dekabr — Sputnik. Azərbaycanda xeyli dicey var, amma onlardan yalnız Heydər Əliyevə öz istedadı sayəsində bir çox ölkədə şöhrət qazanmaq nəsib olub. Hazırda o, beynəlxalq festivallara, konsertlərə qatılır, dünya ulduzları ilə əməkdaşlıq edir. Heydər Əliyev özü haqqında Sputnik Azərbaycan-a ətraflı bəhs edib.

- Heydər, siz necə dicey olduz?

- Uşaqlıqdan musiqi ilə məşğul olmuşam, pianoda ifa etmişəm. Ən çox diqqətimi elektron musiqi cəlb edib. Hərbi xidməti başa vurandan sonra özümü tamamilə musiqiyə həsr etmək və dicey olmaq qərarına gəlmişəm. Bu minvalla da öz karyeramı qurmağa başlamışam. Hər şeyi özüm öyrənmişəm, eləcə də Armin Van Buuren, ATB, W&W, Dash Berlin kimi dünya şöhrətli həmkarlarıma diqqət yetirmişəm. Onların musiqisi məni çox ilhamlandırıb. Hazırda isə əsasən Martin Garixx, Porter Robinson, Kygo, Coldplay, Alesso və digərlərinin işlərinə qulaq asıram.

- Azərbaycanda diceyliyin inkişafını necə qiymətləndirirsiz?

- Təəssüf ki, Azərbaycanda bu sahə elə də inkişaf etməyib. Bunun səbəbi düşünürəm ki, bizim ölkədə diceylərlə müqavilə bağlayıb əməkdaşlıq edən heç bir agentliyin, yaxud da şirkətin olmamasıdır. Bu səbəbdən də mənim gənc həmkarlarımın çoxu düzgün istiqamət götürə bilmirlər. Düşünürəm ki, diceylərin və diceyliyin inkişafı üçün bu problemi həll etmək lazımdır.

- Həmkarlarınız arasında rəqabət böyükdür, yoxsa?

- Bilirsiz, mən heç vaxt öz həmvətənlərimlə rəqabət aparmamışam. Mənim rəqiblərim həmişə avropalı diceylər olub.

- Hazırda Azərbaycanda təkcə oğlanlar deyil, qızlar da diceyliyi peşə kimi seçirlər. Buna münasibətiniz necədir?

- Buna normal baxıram. Hazırda qızlar bütün sahələrdə, eləcə də diceylikdə uğur qazanırlar.

- Bakının klub həyatını necə səciyyələndirərdiz?

- Digər ölkələrdə olduğu kimi Bakıda da yaxşı və orta səviyyəli klublar mövcuddur. O klublara gedənlərin əksəriyyəti də R'n'B, hip-hop janrında kompozisiyaları dinləmək istəyənlərdir. Amma xaricdə tamamilə fərqli bir klub həyatı olduğu barədə fikirləri qəbul etmirəm.

- İşinizin ən çətin tərəfi nədir?

- Ən böyük çətinliyim prodüserliklə və yeni mahnıların yazılmasıyla bağlıdır. Çünki bütün bunlar çox vaxt aparır. Yeni melodiyanı quraşdırmaq üçün səs və onun dizaynını qurmaq lazım gəlir. Amma bütün çətinliklərinə baxmayaraq, mən öz işimi sevirəm.

- Siz dəfələrlə beynəlxalq festivallarda iştirak etmisiz. Bizə bu barədə bir qədər danışa bilərsiz?

- Mənim ilk beynəlxalq musiqi festivalım EDC Mexico olub. Orada 2016-cı ildə iştirak etmişəm. Bu, mənim üçün böyük uğur olub. Eyni zamanda fəxr edirəm ki, azərbaycanlı diceylər arasında ölkə xaricinə çıxan və belə vacib festivalda çıxış edən ilk adam mən olmuşam. Bundan sonra mənə digər xarici festivallardan və klublardan dəvətlər gəlib.

- Bildiyim qədər, Amerikanın Billboard jurnalı sizin Çarli Putt üçün olan We don"t talk anymore rəsmi remiksinizi 12 ən yaxşı remiks siyahısına daxil etmişdi...

- Bəli. Düzünü deyim ki, bu, mənim üçün gözlənilməz idi. Bir dəfə sadəcə internetdə axtarış edirdim və təsadüfən bildim ki, remiksim dünyanın Top-12 remiksinə daxil olub. Bu, məni çix sevindirdi. İlk dəfə olaraq bir azərbaycanlının remiksi dünya ulduzlarının adları ilə yanaşı çəkilirdi. Bu kompozisiya asiyalı dinləyicilər tərəfindən də böyük məmnunluqla qarşıladı.

- Hazırda dünya şöhrətli dicey Stefano Dabrukanın rəhbərliyi altında işləyirsiz. Sizin tanışlığınız necə baş tutub?

- Bizim tanışlığımız təsadüfən olub. Mən treklərimdən birini Almaniyada yaşayan həmyerlimizə göndərmişdim. Melodiya onun ürəyincə olmuşdu və mənə söz vermişdi ki, onu bir nəfərə göstərəcək. Amma heç ağlıma da gətirməzdim ki, bu adam Stefano Darbuka olacaq. Trekim onun çox xoşuna gəlmişdi və mənimlə əməkdaşlıq etmək arzusunu bildirmişdi. Mən artıq iki ildir onunla işləyirəm. Stefano hazırda mənimlə bərabər Robin Şultsun da meneceridir. O, hazırda dünya ulduzları, agentlikləri ilə əməkdaşlıqda mən köməklik göstərir. İki il ərzində bizim çox böyük layihələrimiz olub. O, məni çox dəstəkləyir. Mən bir çox dünya şöhrətli ifaçıların kompozisiyaları üçün remikslər etmişəm. Amma onların adlarını çəkmək istəmirəm. Onların bir çoxu şəxsən yazaraq mənim işlərimdən məmnun qaldıqlarını bildiriblər.

© Facebook / HeyderFunbeach Festival
Uğur qazanmağın formulu – Azərbaycanlı gənc xaricdə necə məşhur oldu - Sputnik Azərbaycan
Funbeach Festival

- Diceylikdən başqa hansı işlərdən xoşunuz gəlir?

- Diceylikdən başqa məni heç nə maraqlandırmır. Ona görə də bütün gələcəyimi bu sahəyə həsr etmək niyyətindəyəm. Əsasən də xaricdə hərəkət etmək istəyirəm.

- Yeni başlayan diceylərə nəyi məsləhət görərdiz?

- Yeni başlayan həmkarlarıma yalnız yaradıcılıqla məşğul olmağı tövsiyə edirəm. Bir çoxları müvafiq cihazları inkişaf etmək, öz işinin peşəkarı olmaq və xaricə çıxmaq üçün deyil, toylarda çıxış etmək üçün alırlar. Düşünürəm ki, onlar bununla böyük səhvə yol verirlər. Yeni başlayan diceylər mənə yazaraq məsləhət istəyirlər və həmişə onları düzgün istiqamətləndirməyə çalışıram. Bu sənətdə təmkinli və qərarlı olmaq lazımdır.

Xəbər lenti
0