YouTube logo

İlin ən çox bəyənilməyən videosu məlum oldu

105
(Yenilənib 14:44 15.12.2018)
Qeyd edək ki, "Youtube" 2010-cu ildən hər il populyar videolardan yığılmış video yayımlayır.

BAKI, 15 dekabr — Sputnik. "Youtube"-un ənənə halına gələn və ilin önəmli hadisələrini sərgilədiyi videosu sosial şəbəkələrdə hadisəyə çevrilib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, video 10 gün ərzində 133 milyon dəfə izlənilib və 12 milyon "dislike" yığaraq rekord vurub.

Qeyd edək ki, "Youtube" 2010-cu ildən hər il populyar videolardan yığılmış video yayımlayır. Builki videoda Koreya pop musiqisi, Kiki Çalanc, şahzadə Harri və Meqan Marklın toyu, FİFA dünya kuboku, Tesla Roadster avtomobilinin kosmosa göndrəilməsi və bir çox videolar yer alıb. Hesabat xarakterli video 133 milyon dəfə izlənilib, 2,2 milyon izləyici tərəfindən bəyənilib və 12 milyon tərəfindən bəyənilməyib.

Daha əvvəl ən çox bəyənilməyən video Castin Biberin 2009-cu ildə çıxardığı və ən az 2 milyard dəfə izlənilən "Baby" klipi idi. Videonun 10 milyon "dislike" yığması 9 ilə başa gəlmişdi.

105